29 İyun 2017 Cümə axşamı

Corc Kluni Koen qardaşlarının ssenarisi üzrə film çəkəcək


Film nuar janrında kriminal dram olacaq.

2015-10-28 13:24

Corc Kluni Koen qardaşlarının ssenarisi üzrə film çəkəcək

Ən Son Xəbər buro247.az-a istinadən xəbər verir ki, Amerikalı aktyor və rejissor Corc Kluni Coel və İtan Koen qardaşlarının ssenarisi üzrə "Suburbicon" adlı film çəkməyi planlaşdırır.

TriStar şirkəti tərəfindən ekranlaşdırılacaq film nuar janrında kriminal dram olacaq. Hadisələr 50-ci illərdə ABŞ-da baş verəcək. Filmin prodüseri Coel Silverdir.

Qeyd edək ki, bu, Kluninin rejissor olaraq çıxış edəcəyi 6-cı, Koen qardaşları ilə çalışacağı 5-ci filmdir. Bundan öncə o, məşhur rejissorların filmlərində aktyor olaraq çıxış edib. Bunlardan biri gələn ilin fevral ayında ekranlara çıxacaq "Yaşasın, Sezar" filmidir.

 


 

Xəbər lenti

Bütün xəbərlər