Azərbaycan turistləri İndoneziyaya vizasız gedəcəklər


Vizasız rejim yalnız turistlərə tətbiq olunacaq.

2015-11-08 10:27

Azərbaycan turistləri İndoneziyaya vizasız gedəcəklər

Azərbaycan vətəndaşları İndoneziyaya vizasız səfər edə bilərlər.

Bu haqda İndoneziyanın Azərbaycandaki səfirliyi məlumat verib. Ən Son Xəbər-in məlumatına görə, vizasız rejim yalnız turistlərə tətbiq olunacaq. İndoneziyaya turistik məqsədlərlə səfər edən Azərbaycan vətəndaşları ölkədə bir ay ərzində vizasız qala bilərlər.

Yeni qaydalara görə, Azərbaycandan gələn turistlərin pasportlarına ölkədə 30 gün ərzində qalmağa icazəni nəzərdə tutan möhür vurulacaq. (Bu müddət uzadıla bilməz.) Buna görə turistdən əlavə pul alınmayacaq. Viza rejiminin ləğvi haqda qərar İndoneziya və Azərbaycan arasında turizm sahəsində münasibətlərin genişləndirilməsi üçün qəbul edilib.

(buro247.az)


 

Xəbər lenti

Bütün xəbərlər