28 Fevral 2017 Çərşənbə axşamı

Şaftalı möcüzəsi. Sağlamlığınız üçün faydalı məlumatlar.


Şaftalı tərkibindəki A vitamini xərçənglə mübarizədə güclü təsirə malikdir.

2015-12-16 10:23

Şaftalı möcüzəsi. Sağlamlığınız üçün faydalı məlumatlar.

Sevərək yediyiniz meyvələrdən olan şaftalının faydalarını bilirsinizmi? Ensonxeber.az sizin üçün bu suala cavab  axtarıb.

Şaftalı tərkibindəki A vitamini xərçənglə mübarizədə güclü təsirə malikdir. Ağız qoxusunu aradan qaldırır, böyrək daşlarını əridir, bağırsaq qurdlarını öldürür, qanı zəhərli maddələrdən təmizləyir. Şaftalı çiçəkləri qəbizliyi aradan qaldırır. Sidik kanalını təmizləyir. Şaftalı ağız və mədə seliyinin ifrazını artıraraq həzmə kömək edir. Yeməkdən sonra yeyilən şaftalı həzmi sürətləndirir və asanlaşdırır. Qripə qarşı bədənin müdafiə mexanizmini gücləndirir.  

Şaftalı, həmçinin xərçəngə və infarkta qarşı qoruyucu təsirə malik olan beta-karotenlə zəngindir.

Bir şaftalı insanın gündəlik C vitamini ehtiyacının 50 %-ni ödəyir. Böyrəklərin və öd kisəsinin normal fəaliyyətini təmin edir. Sinir sistemi üzərində müsbət təsirə malikdir, yuxusuzluğu aradan qaldırır. Toyuq korluğunun qarşısını alır.

Şaftalı üz və boyundakı qırışlara olduqca faydalıdır. Gecə nazik şaftalı dilimlərini qırış olan bölgələrə qoyub 10-20 dəqiqə gözləyin. Şaftalı dilimlərini götürün və üzünüzü yumadan yatın.

Həm görünüşü, həm də dadı ilə hər kəsin zövqünü oxşayan bu meyvənin bir-birindən mühüm faydaları və müxtəlif xüsusiyyətləri əsl yaradılış möcüzəsdir. 

imanheqiqetleri.net


 

Xəbər lenti

Bütün xəbərlər