AZAL aviabiletlərin qiymətini endirdi


2016-ci il yanvarın 5-dən etibarən bu istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.

2015-12-29 07:18

AZAL aviabiletlərin qiymətini endirdi

"Azərbaycan Hava Yolları" QSC Moskva ("Vnukovo" hava limanı), Dubay ("Əl-Məktum" hava limanı) İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edir.

Ensonxeber.az Trend-ə istinadən xəbər verir ki, 2016-ci il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.

Həmçinin yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.

Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan etmişdi.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib: "Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcək. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifini tətbiq edilib ki, bu tarifə baqaj daxil edilməyib. Həmçinin növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il "Azərbaycan Hava Yolları" bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcək".


 

Xəbər lenti

Bütün xəbərlər