Çiyələk hansı xəstəliklərin dərmanıdır?


Çiyələk yüksək təzyiqi aşağı salır və stressi azaldır.

2015-12-29 08:55

Çiyələk hansı xəstəliklərin dərmanıdır?

Al-qırmızı rəngi, insana zövq verən xoş ətri ilə çiyələk ən sevilən meyvələrdəndir. Təzə halda yeməklə yanaşı, çiyələkdən, həmçinin tort, cem, marmelad və dondurma hazırlanır.  

Bəs sevərək yediyiniz bu meyvənin insan sağlamlığı üçün hansı faydaları olduğunu bilirsiniz?

Çiyələk mühüm antioksidantdır. Tərkibində bol miqdarda A, B, C vitaminləri, kalsium, dəmir və fosfor kimi mineral maddələr var. Folik asit, manqan, kalium, B5, B6 vitamini, maqnezium, omeqa-3 yağ turşusu, mis və K vitamini mənbəyidir. 

Çiyələk immun sistemini qüvvətləndirir. Xərçəngə qarşı qoruyucu xüsusiyyətə malikdir. Revmatizm və podaqra (gut) xəstəliyi zamanı yaranan ağrıları azaldır. Bağırsaq qurdlarını tökür. Yüksək temperaturu aşağı salır. Həzm sisteminin normal fəaliyyətinə kömək edir. Zərərli maddələri bədəndən kənar edir. Xolesterolu aşağı salır. Qanı təmizləyir. Diş ətini möhkəmləndirir, ağız qoxusunu və boğaz ağrısını aradan qaldırır. Yüksək təzyiqi aşağı salır, stressi azaldır. Ürək və əzələ revmatizminin dərmanıdır.

Çiyələk, həmçinin dərisində problem olan insanlar üçün olduqca faydalı meyvədir. Dərini nəmləndirir, gözəllik verir. Gözdəki zəifliyi aradan qaldırır. Soyuqdəyməyə və qan azlığına faydalıdır. 

Meyvələrin hər birinə nəzər yetirdikdə bənzərsiz xüsusiyyətlərə sahib olduqlarını görürük. İnsanların ehtiyacına uyğun xüsusiyyətlər və son dərəcə estetik görünüş...

Eyni növə məxsus bitkilər dünyanın hər yerində eyni xüsusiyyətləri daşıyır. Çiyələyin rəngi, dadı, qoxusu hər yerdə eynidir. Bütün bu məlumatlar meyvənin DNT-sində mövcuddur. Bu mükəmməl nizamı düşündüyümüz zaman möcüzəvi yaradılışın şahidi oluruq. 

Ensonxeber.az 


 

Xəbər lenti

Bütün xəbərlər