Ümumdünya Turizm Təşkilatı İpək Yolunu inkişaf etdirməyə çağırır


Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı mədəni turizmə həsr olunmuş yeni məruzəsini açıqlayıb.

2016-01-07 12:10

Ümumdünya Turizm Təşkilatı İpək Yolunu inkişaf etdirməyə çağırır

Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı mədəni turizmə həsr olunmuş yeni məruzəsini açıqlayıb. Sənəddə müasir dövrün ən maraqlı və populyar turizm marşrutlarından və ölkələrin iqtisadi inkişafında turizmin rolundan söz açılır.
Məruzənin fəsillərindən biri “İpək Yolu” layihəsinə həsr olunub. Təşkilat bununla diqqəti tarixi marşruta, o cümlədən onun Avropa hissəsinə cəlb edir.
ÜTT-nin ekspertləri vurğulayırlar ki, dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biri olan turizm inkişaf etməkdə olan, o cümlədən ərazisindən Böyük İpək Yolu keçən ölkələr qarşısında yeni imkanlar açır.

(medeniyyet.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər