17 Yanvar 2017 Çərşənbə axşamı

Çində sərnişini olan ilk pilotsuz təyyarə hazırlanıb


Çinin Ehang pilotsuz təyyarə istehsalçısı sərnişin yeri olan ilk radioidarəli təyyarənin protipini yaradıb.

2016-01-09 18:06

Çində sərnişini olan ilk pilotsuz təyyarə hazırlanıb

Ensonxeber.az-ın məlumatına görə, Çinin Ehang pilotsuz təyyarə istehsalçısı sərnişin yeri olan ilk radioidarəli təyyarənin protipini yaradıb.

Model vertikal uçuş-eniş imkanlarına malikdir və saatda 100 km sürət yığa bilər. Batareyalar 23 dəqiqəlik uçuş vaxtı üçün nəzərdə tutulub. Model cəmi 200 kq-dır, uzunluğu 5,5 m.-dir, ancaq 1,5-nə kimi yığıla bilir, beləliklə, adi parkinq yerində eniş edə bilər.

İstifadəçilər təhlükəsizlik məsələlərinə də diqqət yetiriblər: bir neçə rezerv batareyalar quraşdırılıb, ilk nasazlıqda isə proqramm avtomatik təyyarəni endirəcək.

Hazırda kompaniya ÇXR dövlət orqanları ilə seriyalı istehsal məsələlərini müzakirə edir. Bundan əlavə mühəndislər təhlükəsizliyi qorumaq şərtilə modeli ucuzlaşdırmaq barədə düşünürlər.

(buro247.az)


 

Xəbər lenti

Bütün xəbərlər