23 Oktyabr 2017 Bazar ertəsi

Min bir dərdin dərmanı – çuğundur


Ən faydalı qida mənbələrindən biri də qırmızı çuğundurdur

2016-01-14 12:15

Min bir dərdin dərmanı – çuğundur

Ən faydalı qida mənbələrindən biri də qırmızı çuğundurdur. Çuğundur ölkəmizdə də yetişdirilir və istifadə edilir. Xüsusilə, qış fəsilinin ən önəmli tərəvəzlərindən biridir. Tərkibindəki vitamin və mineralları nəzərə alsaq, çuğunduru “enerji mənbəyi” adlandırmaq olar. Tərkibində A, B, C, P vitaminləri  olan qırmızı çuğundur minerallar baxımından da olduqca zəngindir. Fosfor, dəmir, maqnezium, kalium, sink və kalsium anbarıdır. Çuğundurun yarpaqları da vitamin və mineral baxımından zəngindir.

Bildiyimiz kimi, qırmızı rəngdə olan bütün meyvə və tərəvəzlər antioksidant təsirə malikdir. Çuğundur da xüsusi antioksidant (orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir) maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Çuğundur qansızlıq və dəmir çatışmazlığına çox faydalıdır. Qanazlığı problemi olanların bol miqdarda tikanlı kəvər yeməli və mütləq qırmızı çuğundur suyu içməlidirlər. Yerkökü suyu ilə bərabər qarışdırılaraq içilən çuğundur suyu qısa müddətdə qanı artırır, qandakı qırmızı qan hüceyrəsi səviyyəsini yüksəldir. Ölkəmizdə bir çox insanın qanazlığı problemi olduğunu nəzərə alsaq, çuğundurun dəyərini bir daha anlayırıq. Anemiya, xüsusilə, qadınlarda daha geniş yayılmışdır. Anemiya problemini aradan qaldırılması iştahı da açaraq orqanizmə dinclik verir.

Həzm sisteminiz baxımından da çox mühüm faydaları vardır. Mədə və bağırsaqlarınızı gücləndirir. Həzmi asanlaşdırır, qəbizliyi yox edir, mədə ağrısı və turşuluq problemlərini dərhal aradan qaldırır. Çuğundur bağırsaqlar üçün xüsusilə faydalıdır. Çuğundur qəbizliklə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Çuğundur sellülozla (təbii liflər) zəngindir. Sellüloz bağırsaqları orada yığılan ziyanlı maddələrədən təmizləyir.

Qeyd: qırmızı çuğunduru 15 dəqiqədən çox bişirmək olmaz. Qırmızı çuğundurun tərkibindəki çox mühüm xərçəng önləyici antioksidantlar olan Betavulgaxanthin uzun müddət bişirildiyi zaman azalır və çuğundurun xərçəng önləyici antioksidant təsirləri əhəmiyyətini itirir.

Bu məqalədə çuğundurun faydalarının yalnız bir neçə məqamına toxunduq. Bütün bu xüsusiyyətləri nəzərə aldıqda qırmızı çuğundurun nə qədər tez-tez istifadə edilməli olduğunu görürük. Bir məqama da toxunmaq istəyirəm ki, bütün tərəvəzlər də daxil olmaqla, çuğundur da Allahın bizə bəxş etdiyi nemətlərdən biridir. Nə siz, nə də dünyada heç bir insan qapqara torpağın içində onun tərkibinə bu qədər vitaminləri və mineralları yerləşdirməyib. Bu da Allahın bizə lütfünü, sevgisini göstərir. Nəinki təsadüflər, dünyadakı bütün alimlər toplaşsalar, çuğundur kimi yeni bir bitki yarada bilməzlər. Bir də düşünmüsünüzmü, dünyada nə qədər bol çeşidli meyvə və tərəvəzlər var, rəngbərəng, gözəl dad və qoxuda, hamısının tərkibində bol-bol vitamin və minerallar ... Biz insanlara düşən verilən hər nemətin Allahdan gəldiyini bilib Ona şükür etməkdir.

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik ... (Ənam surəsi, 99)

 

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər