Tom Kruz “Mumiya” filiminə çəkiləcək


Tom Kruz "Mumiya" filminin yeni versiyasında baş rolu oynayacaq.

26 Yanvar 2016 13:00

Tom Kruz “Mumiya” filiminə çəkiləcək

Prodüser Aleks Kurtsman ssenarist Kris Morqanla birlikdə "Universal Pictures" kinostudiyasının sifarişi ilə köhnə kino personajlarının modernizasiyası üzərində çalışır. Ssenarinin detalları açıqlanmasa da, yeni "Mumiya"da hadisələrin müasir dövrdə baş verdiyi və filmin komediya elementlərindən məhrum olan triller olacağı məlumdur.

Qeyd edək ki, ilk "Mumiya" filmi 1932-ci ildə çıxıb. Onun ardınca bir neçə sikvel, o cümlədən, baş rolda Brendan Freyzerin oynadığı eyniadlı komediya trilogiyası çıxıb. Yeni ekran işi 9 iyun 2017-ci ildə prokata çıxacaq. (buro247.az)


 

Xəbər lenti

Bütün xəbərlər