12 Dekabr 2017 Çərşənbə axşamı

Ən faydalı meyvələrdən biri – ananas


Ana vətəni Mərkəzi və Cənubi Afrika olan ananas qış aylarının ən çox sevilən meyvələrindən biridir.

2016-02-02 01:11

Ən faydalı meyvələrdən biri – ananas

Allah hər mövsümdə müxtəlif bitkilər bitirir. İnsanlar da bu cür bitki və tərəvəzlər vasitəsilə özünə lazım olan vitamin və mineralları alır. Bu məqalədə də insan üçün saymaqla bitməyən bir çox faydaları olan ananasdan bəhs edəcəyik.

 Ana vətəni Mərkəzi və Cənubi Afrika olan ananas qış aylarının ən çox sevilən meyvələrindən biridir. Həm çox gözəl görünüşü, həm də çox xoş dadı var. Bu günlər bazarlarda da tez-tez gördüyümüz meyvələrdəndir. Ananas insan orqanizmi üçün vitamin və minerallarla dolu ən faydaları bitkilərdəndir. 

Ananasda yüksək miqdarda C vitamini mövcuddur, bu da dəri, saç və dırnaq baxımından tutmuş bir çox xəstəliklərə qarşı bədənin müqavimətinin güclənməsinə səbəb olur. C vitamini həmçinin dişlərin sağlam olmasında mühüm rol oynayır. Sırf ananasa məxsus xüsusiyyətlərdən biri də budur ki, onda olan bəzi fermentlər həzmi asanlaşdıraraq yağların əridilməsinə kömək edir. Bu xüsusiyyətinə görə bir çox pəhriz proqramlarında ananasdan istifadə edilir. Ananasın tərkibində yüksək miqdarda qida lifləri olduğu üçün qəbizliklə mübarizədə əla vasitədir. 

Ananasın tərkibində “bromelain” adlı fermentin çox faydaları var. İltihabın qarşısını alır, zülalların həzmini sürətləndirərək həzm sisteminə kömək edir.

Ananasın faydaları, onun tərkibindəki xüsusiyyətləri haqqında daha detallı yazmaq və öyrənmək üçün, yəqin ki, bir kitab lazım olar. Sizi bir şey haqqında düşündürmək istəyirəm. Bizə deyilsə ki, ananas şəkli çək, əgər xüsusi rəssamlıq qabiliyyətimiz olmasa, mövcud olan bir şeyin rəsmini çəkmək çox çətin olardı. Bəs sizə tərkibində insan üçün faydalı cürbəcür vitaminlər və minerallar əlavə edərək ananas kimi bir bitki yaradın deyilsə, bunun qeyri-mümkün olduğu cavabını verərsiniz. O zaman düşünmüsünüzmü, bizim bədənimizə faydalı olan bu qədər meyvə və tərəvəzi kim yaradır? O bitkilər necə olur ki, hər il yenidən qara torpaqdan çıxır? Necə olur ki, bir-iki dənə deyil, hər fəsilə uyğun bu qədər geniş meyvə və tərəvəz var? Bir düşünün bunları, Allahı, Allahın gücünü. Onun bizə olan sevgisini görəcəksiniz.

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? (Nəhl surəsi, 17)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər