17 Yanvar 2017 Çərşənbə axşamı

Eynşteynin 100 illik nəzəriyyəsi sübuta yetirildi


20-ci əsrə adını yazdırmış alimlərdən Albert Eynşteynin cazibə qüvvəsi dalğaları ilə bağlı nəzəriyyəsi sübuta yetirilib.

2016-02-12 16:56

Eynşteynin 100 illik nəzəriyyəsi sübuta yetirildi

20-ci əsrə adını yazdırmış alimlərdən Albert Eynşteynin cazibə qüvvəsi dalğaları ilə bağlı nəzəriyyəsi sübuta yetirilib.

Ensonxeber.az euronews kanalına istinadən məlumat verir ki, Eynşteynin 1916-cı ildə irəli sürdüyü bu nəzəriyyə ABŞ-ın Texnologiya və Kaliforniya institutları tərəfindən sübuta yetirilib.

Mətbuat konfransında bu nəzəriyyənin Nobel mükafatına layiq görüləcəyi qeyd edilib.

Müşahidələr zamanı  iki qara dəliyin bir-biri ilə 1,3 milyard il əvvəl toqquşması nəticəsində yerin cazibə qüvvəsinin meydana gəldiyi aşkarlanıb. Həmçinin toqquşma səsi də eşidilib. Müşahidəni dəyərləndirən astro-fiziklər qara dəliklərdən əldə edilən siqnalın cazibə dalğalarının varlığı ilə bağlı bütün şübhələri yox etdiyini vurğulayıblar.

Eynşteynin nəzəriyyəsinə əsasən, yerin cazibə qüvvəsi maddənin varlığına görə kosmos və zamanın bükülməsi deməkdi.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər