12 Dekabr 2017 Çərşənbə axşamı

Bu dəfə Bakıdakı "Qu gölü" qadınlar gününə həsr olunacaq


Tamaşa 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaq.

2016-02-22 15:40

Bu dəfə Bakıdakı "Qu gölü" qadınlar gününə həsr olunacaq

Ensonxeber.az Trend-ə istinadən xəbər verir ki, martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotor Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Opera və Balet Teatrının Mətbuat Xidmətindən verilən məlumata görə, tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaq.

Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Lyüdmila Xitrova dəvət olunub. L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir kimi ölkələrdə qastrol səfərlərində olub. Bakıdakı çıxışı isə onun şəhərimizə ilk gəlişi olacaq.

Onun tərəf-müqabili Şahzadə Ziqfrdi rolunu Belorusun Əməkdar Artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin ifa edəcək.

Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.


 

Xəbər lenti

Bütün xəbərlər