28 Fevral 2017 Çərşənbə axşamı

İnsanlar niyə xoşbəxt ola bilmirlər?


İnsanların xoşbəxt ola bilməməsinin səbəbi inanclarındakı yanlışlıqdır.

2016-03-01 23:27

İnsanlar niyə xoşbəxt ola bilmirlər?

İnsanların bir çoxu həqiqi mənada xoşbəxtliyi yaşaya bilmir. Bunun üçün hər yola baş vurur, hər dəfə yeni idealların arxasınca düşür, bunları əldə etdikdə xoşbəxt olacaqlarına inanırlar. Bəzən yaxşı dost axtarışı, bəzən maddi və ya mənəvi istəkləri olur. Bu arzu və istəklərin hər biri istədikləri kimi gerçəkləşsə belə, nəticə gözlədikləri kimi olmur. Çox vaxt mənəvi aləmlərində yaşadıqları bu narahatlığı biruzə verməməyə çalışırlar. Amma nə qədər xoşbəxtlik təqlidi etsələr də, əslində, gizli əzab yaşayırlar.

Halbuki insan həyatı boyunca bir-birindən gözəl nemətlərlə qarşılaşır. Allah dünyanı insanın zövq ala biləcəyi müxtəlif nemətlərlə bəzəmişdir. Lakin insanların həqiqi mənada xoşbəxt olması üçün nə bütün bu nemətlər, nə də arxasınca qaçdıqları idealları kifayət deyil. Bu insanların xoşbəxt ola bilməməsinin səbəbi inanclarındakı yanlışlıqdır.

İnsanların böyük əksəriyyətinin arasında geniş yayılan bir həyat tərzi var. Bu həyat tərzi din əxlaqının olmadığı yerdə mövcud olan şeytanın sistemidir. Bu sistemin əsası qeyri-səmimilikdir. Qeyri-səmimilik insanların həyatına elə dərindən işləyib ki, kənardan ən səmimi görünən insanlar, davranışlar da əslində, qeyri-səmimi niyyətlərə bağlı ola bilir. Belə ki, bu insanlar özləri də yaşadıqları bu sistemdəki yanlışlığın fərqindədirlər. Hər fürsətdə gerçək dostluğu, həqiqi sevgini yaşaya bilmədiklərindən, həqiqi mənada güvənə biləcəkləri insanların olmadığından, insanların riyakarlığından şikayətlənirlər. Lakin özləri də ətraflarındakı insanlara eyni əxlaqı göstərirlər. Bu sistemdə hər bir insan etdiklərinin zərərini yenə özü görür.

Halbuki insanların içinə düşdüyü bu sıxıntının həlli çox asandır. Allah Quranda "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır" ayəsi ilə insanlara (Rəd surəsi, 28) həqiqi xoşbəxtliyin yalnız imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın rəhmətini və qorumasını qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri təqdir edib, xoşbəxt ola bilərlər.

Allah, "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" ayəsində (Nəhl surəsi, 97) iman gətirən qullarını dünyada və axirətdə gözəl həyatla yaşadacağını vəd edib. 

Amma burada unudulmamalı bir həqiqət var. Gözəl həyat yaşamaq, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı gözəllikdən zövq ala bilmək üçün imanın qəlbə həqiqi mənada yerləşməsi lazımdır. İnsanların yalnız dilləri ilə iman gətirdiklərini demələri və ya zahirən iman gətirənlərə bənzəmələri onları bədbəxtlikdən xilas etməz. Gerçək xoşbəxtlik üçün qəlbən Allaha tam itaət etmək və həyatın hər anını Quran əxlaqına uyğun şəkildə yaşamaq lazımdır. Əks təqdirdə, daxilən əzab çəkərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də, buna nail ola bilməzlər. Əksinə, həyatlarına hüzn, pessimizm, ümidsizlik hakim olar.

Göründüyü kimi, xoşbəxt olmağın yolu əslində çox asandır. İnsan ancaq öz yaradılışına, Allahın onun üçün müəyyən etdiyi fitrətinə uyğun şəkildə davrandığı təqdirdə gözəl həyat yaşaya bilər. Allahın onlara rəhmət olaraq göstərdiyi bu yoldan üz çevirən, ya da bu yola lazımınca riayət etməyən insanlar öz əlləri ilə özlərinə bədbəxt bir dünya yaratmış olurlar. Allahın "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" (Yunus surəsi, 44) ayəsi ilə bildirdiyi kimi, bu insanlar özləri özlərinə əzab verirlər.

www.imanimovzular.com


 

Xəbər lenti

Bütün xəbərlər