Gələcək qorxusundan xilas olmağın yolu


Bu əxlaqa sahib olan insanlar heç vaxt gələcək qorxusu yaşamazlar.

2016-03-09 21:52

Gələcək qorxusundan xilas olmağın yolu

İnsanların çoxu gələcəkdə başlarına gəlmək ehtimalı olan hadisələr haqqında düşünür və onların mənfi cəhətlərini fikirləşərək narahat olurlar. İllər keçdikcə insanlar üçün problemə çevrilən və onları qorxudan məsələlər daha da artır.

Məktəb illərində geyinilən paltarlar, yeyilən yeməklər, dostlarla yaşanan problemlər, məktəbdəki müvəffəqiyyət və ailə daxili məsələlər insanlar üçün sanki dünyanın ən böyük və əhəmiyyətli problemləri kimi görünür. Həmin dövrün ən böyük məsələsi isə ali məktəbə daxil olmaq problemidir. Çünki bu imtahandan keçmədiyi təqdirdə, ailənin buna münasibəti, bu vəziyyətin qohumlara və ətrafdakılara necə açıqlanacağı kimi qayğılar gəncin mənəvi sıxıntıya düşməsinə  səbəb olur. Bu sıxıntılı vəziyyətin sonu bəzi hallarda gəncin intiharına gətirib çıxarır. Ancaq bunlar son dərəcə yersiz narahatlıqlardır. İnsan, əlbəttə, imtahanda müvəffəqiyyət qazanmaq və yaxşı təhsil almaq istəyə bilər. Ancaq əlindən gələn hər şeyi etdiyi halda, müvəffəqiyyət qazana bilmirsə, Allaha təvəkkül edib, Rəbbimizin daha xeyirlisini nəsib etməsi üçün dua etməlidir. Çünki insanın dünyada əldə etdiyi və ya edə bilmədiyi hər cür müvəffəqiyyət ölümlə birlikdə mənasını itirəcək. Əsas olan insanın Allah sevgisi, təvəkkülü və imanıdır.

Lakin bu mühüm həqiqətlərin fərqində olmayan, dindən uzaq insanların illər keçdikcə gələcəklə bağlı qorxu və narahatlıqları da artır. Bu insanlar gələcək haqqında planlarla yanaşı, gündəlik işləri düşünüb narahat olurlar.

Maddi problemlər də din əxlaqını yaşamayan insanların beynini ən çox məşğul edən, onları ən çox narahat edən məsələlərdəndir. Çünki bu insanların dünya ilə bağlı sonsuz istəkləri var, amma imkanları məhduddur. Bu da gələcəklə bağlı qorxuya qapılmalarına səbəb olur. Buna görə də imkanları olsa da, pullarını başqalarına yardım üçün xərcləmir və insanlara kömək etmirlər. Halbuki insanlara ruzi verən Allahdır. İnsanlar Allaha tam güvənsələr, heç bir sıxıntı yaşamazlar. Lakin Allaha güvənmədikləri üçün bu rahatlıqdan da məhrum olurlar. Allah insanlara verdiyi mallarla onları sınayır və bu malları Öz rizası üçün istifadə etmələrini istəyir. Allah ayədə belə bildirir:

Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir. (Bəqərə surəsi, 268)

İnsanları narahat edən qorxulardan biri də qocalmaqdır. Görülən hər cür tədbirə baxmayaraq, bədəndə qarşısıalınmaz yaşlılıq əlamətlərinin: dərinin qırışması, saçın tökülməsi və ağarması, həmçinin görmə, eşitmə qüsurları kimi əksikliklərin qarşısını almaq mümkün deyil. Bu əksiklərin hər biri dindən uzaq yaşayan insanlarda ciddi narahatlıqlara səbəb olur. Necə və harada öləcəklərini düşünüb qorxurlar.

Burada sayılanlar din əxlaqını yaşamayan insanların gələcəklə bağlı qayğı və qorxularından bəziləridir. İman gətirənlər üçün isə vəziyyət tam fərqlidir, onlar bu cür qorxuların heç birini yaşamırlar. Hər şeyin Allahın idarəsində olduğunu bilir, başlarına gələn hər şeyə xeyir gözü ilə baxır və Allahı dost bildikləri üçün köməyi də yalnız Ondan gözləyirlər. Həmçinin dünyada qorxacaq heç bir şey olmadığını bilirlər. Hər bir işdə Allahın məmnun olacağı əxlaqı göstərib, əllərindən gələn hər şeyi edib, Allahın yazdığı qədərə təslim olurlar. Ayədə onların bu əxlaqı belə təsvir edilir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

www.imanimovzular.com


 

Xəbər lenti

Bütün xəbərlər