29 İyun 2017 Cümə axşamı

Nanənin faydaları


Nanə ölkəmizdə bitən, demək olar ki, hər evdə istifadə edilən və gözəl qoxulu bitkidir.

2016-03-21 00:27

Nanənin faydaları

Nanə ölkəmizdə bitən, demək olar ki, hər evdə istifadə edilən və gözəl qoxulu bitkidir. Nanə çox nəmli yerləri sevir. Dünyada 25-30 növü var. Görünüşü, qoxusu, dadı gözəl olduğu kimi, faydaları da çoxdur. Ensonxeber.az həmin faydaları sizlərə təqdim edir:

Nanə iştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Bağırsaq qurdlarını salmağa kömək edir. Xoraya və mədə yanmasına faydalıdır. Qusmağı, ürək bulanması və ağrısını önləyir. Qrip, bronxit kimi soyuqdəymədə və öskürəkdə faydalıdır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırır. Ana südünü artırır. 

Nanə vitamin və minerallar baxımından olduqca zəngindir. Tərkibində maqnezium, A vitamini, C vitamini, dəmir, B2 vitamini, kalium, kalsium və fosfor var. Qan azlığından əziyyət çəkən insanlar təzə nanə dənələrini salatların içinə əlavə edərək yeyə bilərlər.

Təzə nanə yarpağını çeynəmək həm nəfəsinizi təmizləyir, həm də insanın ağzına təravətlilik verir. Bu xüsusiyyətinə görə nanə bir çox diş pastalarında və ağız qulluq vasitələrində istifadə olunur. Bundan başqa, nanənin tərkibindəki vasitələr ağızda qoxuya səbəb olan bakteriyaları da öldürür. 

Nanə hər fəsildə rahatlıqla əldə etdiyimiz yüzlərlə tərəvəzdən sadəcə biridir. Bir toxum atırıq, Allah hər il hər dəfə qara torpaqdan gözəl qoxulu, təravətli, vitamin və minerallarla dolu bitki çıxarır. İnsanlara, bəlkə də, adi gəlir. Ancaq bu, çox böyük möcüzədir. Məsələn, insan istəsə ki, torpaqdan yeni, tamamilə fərqli və insanlar üçün faydalı bitki yetişdirsin, bu, dünyadakı bütün insanlar üçün imkansızdır. Rəbbimiz isə bizə lütf edir bu bitkiləri. Özü də əsil bizim sevdiyimiz tərzdə: gözəl görünüş, gözəl qoxu, gözəl dad, üstəlik də insanlar üçün saysız-hesabsız faydaları ilə birlikdə. Allah bizə sevgisini, Öz üstün yaratma sənətini bir bitkidə də göstərir. Allahın yaratdığı bu nemətləri görmək, Allahın sənətini təqdir etmək, Ona verdiyi bu nemətlərə görə şükür etmək insanın Allaha yaxınlığını və sevgisini artırır. 

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, şükür olunmağa layiqdir. (Nisa Surəsi, 131)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər