28 Fevral 2017 Çərşənbə axşamı

AZAL yay saatına görə yeni cədvəl yaydı


Siyahı yay vaxtına keçidin ləğvi ilə əlaqədar hazırlanıb.

2016-03-28 23:50

AZAL yay saatına görə yeni cədvəl yaydı

"Azərbaycan Hava Yolları" yenilənmiş yay uçuş cədvəli ilə bağlı sərnişinlərə bir daha müraciət edib. AZAL sərnişinlərə Azərbaycanda yay vaxtına keçidin ləğvi ilə əlaqədar olaraq dəyişikliklərin əks olunduğu yenilənmiş uçuş cədvəlini təqdim edib. 

Artıq AZAL-ın reysləri Bakıdan aşağıdakı qrafikə uyğun olaraq uçur. 

AZAL-ın uçuş cədvəli
AZAL-ın uçuş cədvəli
 

AZAL bir neçə gün öncə də uçuş cədvəlini yeniləmişdi. Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

 

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir. (anspress.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər