23 Oktyabr 2017 Bazar ertəsi

AZAL-dan yeni aksiya: Berlin və Paris aviareyslərində ikiqat millər


"Azərbaycan Hava Yolları" (AZAL) özünün AZAL Miles bonus proqramı çərçivəsində yeni aksiyaya start verir.

2016-03-30 22:34

AZAL-dan yeni aksiya: Berlin və Paris aviareyslərində ikiqat millər

Ensonxeber.az-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" (AZAL) özünün AZAL Miles bonus proqramı çərçivəsində yeni aksiyaya start verir. 

AZAL-dan verilən məlumata görə, aprelin 1-dən 1 iyun 2016-cı il tarixinədək Berlin və Parisə uçan proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.
  
Bakı-Paris-Bakı aviareysləri həftədə 4 dəfə - çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri həyata keçirilir: Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 06:35-də, Şarl de Qoll Hava Limanına eniş isə yerli vaxtla saat 10:05-də; Parisdən uçuş - yerli vaxtla saat 11:25-də, Heydər Əliyev Hava Limanına enmə Bakı vaxtı ilə saat 18:35-də.

Martın sonundan etibarən bərpa edilən Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa reyslər həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də. Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - Bakı vaxtı ilə saat 17:25-də.

Paris və Berlinə aviareyslər biznes və ekonom salonlu komfortlu Airbus A320 və A319 laynerləri ilə həyata keçirilir. (trend.az)


 

Xəbər lenti

Bütün xəbərlər