17 Yanvar 2017 Çərşənbə axşamı

“AirBaltic” Bakıdan Riqaya birbaşa reys açır


Mayın 30-dan Latviyanın “AirBaltic” milli aviaşirkəti Bakıdan Riqaya birbaşa reys açır.

2016-04-08 19:59

“AirBaltic” Bakıdan Riqaya birbaşa reys açır

Ensonxeber.az-ın məlumatına görə, 2016-cı il mayın 30-dan Latviyanın “AirBaltic” milli aviaşirkəti Bakıdan Riqaya birbaşa reys açır.

Bunu aviaşirkətin Azərbaycan, Ukrayna, Belarus və Gürcüstanda regional meneceri Mariya Radçenko Bakıda keçirilən AITF beynəlxalq turizm sərgisində bildirib. O deyib: “Uçuşlar yay mövsümü boyu sentyabrın 4-dək həftədə iki dəfə həyata keçiriləcək. Bu, azərbaycanlı turistlərə Latviyaya, habelə Riqadan tranzitlə Avropanın bir çox ölkələrinə getməyə gözəl imkan yaradacaq”.

Qeyd edək ki, AITF-in 15-ci yubiley sərgisində Latviya nümayəndə heyəti geniş tərkibdə iştirak edir. Latviyanın milli stendində “AirBaltic” aviaşirkətindən başqa, “Spare” böyük turizm agentliyinin, turizmin inkişafı üzrə “Live Riga” şirkətinin Riqa bürosunun, Latviya Mehmanxanalar və Restoranlar Assosiasiyasının nümayəndələri iştirak edirlər.

“Spare” turizm agentliyinin ölkəyə giriş üzrə departamentinin direktoru Alina Maknanın sözlərinə görə, Latviyada turizmin ekskursiya, aktiv, ailəvi, tibbi, korporativ və digər aktual növləri yaxşı inkişaf edib. O deyib: “Latviya əlverişli coğrafi mövqeyinə görə Baltik regionu və Skandinaviya ölkələrinə qarışıq turların təşkil edilməsi üçün də çox gözəl istiqamətdir. “AirBaltic” birbaşa reysi ilə Bakıdan Riqaya gələn səyahətçilər Latviya şəhərlərindən başqa, Estoniya, Litva, İsveç, Finlandiya və digər ölkələrə də asanlıqla gedə bilərlər, çünki həm Latviya, həm də sadalanan digər dövlətlərdə Şengen vizası fəaliyyət göstərir”.

Xatırladaq ki, “Spare” turizm agentliyi ölkəmizlə əməkdaşlığa 2005-ci ildə başlayıb və indiyədək Latviyanın Azərbaycan bazarı ilə iş üzrə başlıca şirkətidir. Məsələn, şirkət Azərbaycanda Latviya Respublikasının ən böyük və ən yaxşı klinikalarının rəsmi nümayəndəsi kimi çıxış edir.

Bu gündən açılan AITF sərgisi aprelin 9-dək davam edəcək. Yubiley ekspozisiyasında 29 ölkədən 330 şirkət iştirak edir və 80 turizm istiqamətini təmsil edir. (azertag.az)


 

Xəbər lenti

Bütün xəbərlər