"Ağıllı" çəngəl duzun dadını imitasiya edəcək


H.Nakamura "ağıllı" çəngəlin yaradılmasına altı il sərf edib.

2016-04-10 18:44

"Ağıllı" çəngəl duzun dadını imitasiya edəcək

Ensonxeber.az xəbər verir ki, Yaponiyanın Tokio Universitetinin "Rekimoto Lab" laboratoriyasının mühəndisləri zəif elektrik cərəyanı sayəsində qidanın duzluluğunu imitasiya edən "ağıllı" çəngəl icad ediblər.

Alim Hiromi Nakamura çəngəlin hazırlanması üçün əsas kimi dilin müxtəlif dadları qavrama qabiliyyətini müəyyən edən mövcud dad texnologiyası testini götürüb. H.Nakamura "ağıllı" çəngəlin yaradılmasına altı il sərf edib.

Qeyd edək ki, çəngəl dəstinə akkumlyator və elektrik sxemləri quraşdırılıb. Çəngəli ağzına yaxınlaşdıran istifadəçi elektrik cərəyanının üç səviyyəsindən birini aktivləşdirən müvafiq düyməni basır. Bu səviyyələrdən hər biri insanın dilinə təsir göstərərək yeməyin duzluluğunun müxtəlif dərəcəsini imitasiya edir.

Alimin sözlərinə görə, çəngəl, həmçinin xörəklərin turş və "metal" dadını imitasiya edə bilər. (trend.az)


 

Xəbər lenti

Bütün xəbərlər