AZAL-dan yeni aksiya


AZAL aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə aksiyaya başlayıb.

2016-04-12 17:57

AZAL-dan yeni aksiya

Ən Son Xəbər Anspress-ə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" (AZAL) aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə aksiyaya başlayıb. AZAL-dan verilən məlumata görə, aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq.

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər. Bundan əlavə, aksiya dövründə Milana uçan AZAL Miles proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.


 

Xəbər lenti

Bütün xəbərlər