12 Dekabr 2017 Çərşənbə axşamı

Sabah Bakıda bu yollar bağlı olacaq


"Tour d´Azerbaidjan" beynəlxalq velosiped turunun sona çatması ilə əlaqədar olaraq paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.

2016-05-07 19:45

Sabah Bakıda bu yollar bağlı olacaq

Sabah "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun sona çatması ilə əlaqədar olaraq paytaxtda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlanıb.

Ensonxeber.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, mayın 8-də səhər saat 09:00-dan 12:00-dək Bakı şəhərində Azadlıq meydanı - Neftçilər prospekti - Nobel prospekti - Zığ şosesi - Qala yolu - Buzovna - Bilgəh - Zuğulba - Buzovna - Hava limanı şosesi marşrutu üzrə, saat 09:00-dan 15:30-dək isə Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı - Nefçilər prospekti - İçərişəhərdə Kiçik Qala küçəsi - Qoşa Qala Qapısı - İstiqlaliyyət küçəsi - Sona xanım Vəliyeva küçəsi - Lermontov küçəsi - Teymur Elçin küçəsi - Mehdi Hüseyn küçəsi - Parlament prospekti - Hüseyn Cavid prospekti - Landau küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Bülbül prospekti - Üzeyir Hacıbəyli küçəsi - Puşkin küçəsi - Azadlıq meydanı marşrutu üzrə nəqliyyatın hərəkəti dayandırılacaq.


 

Xəbər lenti

Bütün xəbərlər