28 Fevral 2017 Çərşənbə axşamı

“Türk Hava Yolları” Azərbaycandan 25 uşağı Türkiyəyə gəzintiyə aparacaq

“Türk Hava Yolları”nın Bakıdakı nümayəndəliyi Azərbaycandakı fəaliyyətinin 25 illiyi münasibətilə 25 kimsəsiz uşağı Türkiyəyə gəzintiyə aparacaq.

2016-05-13 18:59

Ensonxeber.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın Bakıdakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

O bildirib ki, “Türk Hava Yolları” artıq 25 ildir Azərbaycanda fəaliyyət göstərir. Bununla əlaqədar tədbirlər təşkil edəcəyik. “Azərbaycan xalqına 25 illik bizimlə əməkdaşlığa görə təşəkkürümüzü bildirən reklam çarxlarımız çəkilib. Azərbaycan bizim Türk Dünyasında səfərlərə başladığımız ilk ölkədir. Biz bütün xərcləri qarşılayaraq 25 illiyimiz münasibətilə Azərbaycandan 25 kimsəsiz uşağı Türkiyəyə bir neçə günlük ziyarətə aparmağı nəzərdə tutmuşuq”, - deyə S.İlyas vurğulayıb.

Xəbər lenti

Bütün xəbərlər