17 Yanvar 2017 Çərşənbə axşamı

Xiyarın faydaları


Allah bizə fərqli, cürbəcür, ləzzətli nemətlər bəxş edib.

2016-05-16 22:59

Xiyarın faydaları

Allah bizə fərqli, cürbəcür, ləzzətli nemətlər bəxş edib. Bu nemətlərin hər birinin tərkibi bizim üçün faydalı olan vitaminlərlə zəngindir. Artıq yaz fəslindəyik, yazın gəlişi ilə ən çox piştaxtalarda görünən bitkilərdən biri də xiyardır. Xiyar balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növüdür. Xiyar ən rahat əldə etdiyimiz, ölkəmizdə geniş yetişdirilən bitkilərdən biridir. Bildiyiniz kimi, xiyarı həm turşu şəklində, həm də təzə istifadə etmək olur. Bundan başqa, kosmetika sektorunda da xiyar çox istifadə edilən bitkilərdəndir. 

Xiyarın aşağıdakı faydaları var:

B vitamini qaynağı: Xiyar B vitamini baxımından olduqca zəngindir. Halsızlıq, əsəbilik, qanazlığı, ağız yaraları, diqqət dağınıqlığı və ya unutqanlıq kimi şikayətlərin mənbəyi B vitamini çatışmazlığıdır. Bu cür problemləri olanlar xiyardan bol-bol istifadə edə bilərlər.

Təbii maye mənbəyi: Xiyarın 96%-i sudan ibarətdir. Bizim bədənimizin də yarısından çoxunun su olduğunu nəzərə alsaq, deyə bilərik ki, bədənimizin su ehtiyacının qarşılanması üçün xiyar çox faydalıdır.

Bədəni susuz qoymaq halsızlıq, mədə pozğunluğu və ya əzələ ağrıları kimi bir çox problemə səbəb olur. Bu baxımdan vücudun su itirdiyi isti havalarda xiyardan çox istifadə etmək bədənin susuz qalması və müxtəlif problemlərin baş verməməsi baxımından faydalı olacaqdır.

Xiyarın K vitamini anbarı olduğunu eşitmisinizmi? K vitamini sümük sağlamlığı ilə yanaşı, qanın laxtalanması üçün də mühüm elementdir.

Orqanizmdə D vitamini ilə birlikdə çalışan K vitamini sümüklərin möhkəmlənməsində və qocalıqda sümük qırılması hallarının azalmasında böyük rol oynayır. Bu vitaminlərin əməkdaşlığı orqanizmdə kalsium nisbətinə də müsbət yöndən təsir göstərir.

Tərkibindəki zəngin antioksidant sayəsində xiyar iltihabəleyhinə də faydalıdır. Bundan başqa, C vitamini ilə immun sisteminə müsbət təsir edir, digər tərəfdən karotin ilə göz sağlamlığını qoruyur.

Yuxarıda saydıqlarımız xiyarın sadəcə bir neçə faydalı yönüdür. Biz yeməklərimizin yanında, müxtəlif salatlarda, bəzən də ayrıca xiyardan istifadə edirik. “Yediklərimizin içərisində hansı vitaminlər, minerallar var, nə bizim üçün faydalıdır, nə ziyanlıdır”, – deyə çox vaxt düşünmürük. Halbuki Allah bizim əvəzimizə düşünür, qara torpaqdan bizə lazımlı olan hər cür nemətləri çıxarır, bizim xidmətimizə verir.  

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

 

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər