Yazın ən gözəl meyvələrindən – çiyələk


Uşaqdan böyüyə hər kəsin sevərək yediyi meyvələrdən biri də çiyələkdir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır

2016-05-25 12:54

Yazın ən gözəl meyvələrindən – çiyələk

Uşaqdan böyüyə hər kəsin sevərək yediyi meyvələrdən biri də çiyələkdir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Həm dadı, həm görünüşü, həm də qoxusu insanı məftun edir. Bəs çiyələyin içərisindəki insanlar üçün faydalı olan vitaminlərdən xəbərdarsınızmı?

Çiyələyin faydaları arasında ilk sırada C vitamini baxımından zəngin olması gəlir. C vitamini ürək və damar xəstəliklərinin qarşısını almaqda, bir çox infeksiya və viruslarla mübarizə aparmaqda faydalıdır. Beləliklə, deyə bilərik ki, çiyələk xəstəliklərlə mübarizə üçün yaxşı silahdır. Tərkibindəki yüksək miqdardakı C vitamini sayəsində çiyələk dəriyə də çox faydalıdır. Çiyələyin tərkibindəki C vitamini portağal və qreypfrutdan daha çoxdur, bu xüsusiyyəti sayəsində çiyələk dəri quruluğu, vaxtından əvvəl ortaya çıxan qırışlar kimi problemlərin qarşısını alır.

Antioksidantlar: Xəstəliklərə qarşı bədənin müqavimətini artıran, xərçəngə qarşı müdafiə edən, Altsaymer riskini azaldan, ürək və damar sağlamlığını qoruyan, xüsusilə qocalmaqla bağlı problemlərin qarşısını alan antioksidantlar çiyələkdə bol miqdarda olur. 2006-cı ildə “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqaləyə görə, çiyələk antioksidant baxımından ən zəngin 50 qida arasında yer tutur.

Qəbizlik: Xroniki və ya kəskin qəbizlik üçün ən yaxşı həll üsullarından biri gün ərzində qidalardan aldığınız lif miqdarını artırmaqdır. Bol miqdarda qida lifinə sahib olan çiyələk bu baxımdan yaxşı seçimdir.

Xolesterin: İspaniyadakı Salamanka Universitetinin apardığı araşdırmaya görə, müntəzəm olaraq çiyələk yemək LDL (pis) xolesterinin səviyyəsinin düşməsini təmin edir.

Araşdırmaya qatılan 23 könüllü 1 ay boyunca hər gün yarım kilo çiyələk yemişdir. Aparılan testlərdə araşdırmaya qatılanların LDL xolesterin səviyyələrində təxminən 9%-ə qədər azalma müşahidə edilmişdir. HDL (yaxşı) xolesterin səviyyələri isə eyni qalıb.

Çiyələyin faydaları haqqında sizə ümumi məlumat verdik. Onun haqqında bir məlumat da vermək istəyirik: hər meyvə kimi çiyələyi də yaradan, bizim xidmətimizə verən, onu insan üçün belə ləzzətli, gözəl edən Allahdır. Heç bir təsadüf bunu edə bilməz, dünyada heç bir alim bizim üçün 1 ədəd belə çiyələyi yarada bilməz. Ancaq Allah yalnız bizim üçün deyil, demək olar ki, dünyadakı bütün insanlar üçün cürbəcür meyvələr, tərəvəzlər, bitkilər bitirir. Bizdən də Allahın istədiyi şükür etmək, Onu tanımaq və Onu haqqı ilə təqdir etməkdir.

Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər