Canlı yayım funksiyası artıq YouTube-da


YouTube mobil proqramına canlı yayım funksiyası əlavə edəcək

25 İyun 2016 12:32

Canlı yayım funksiyası artıq YouTube-da

YouTube videoportalı mobil telefonlarda da canlı yayım xidməti göstərəcək.

Qeyd edək ki, smartfonlarda canlı video funksiyası Facebook, Persicope, Snapchat sosial şəbəkələrində xeyli müddətdir istifadə edilir. Bu günlərdə Twitter də mobil proqramlarına birbaşa efirə çıxmaq üçün funksiya əlavə edəcəyini açıqlayıb. Facebook isə canlı yayım xidmətini daha da təkmilləşdirmək qərarına gəlib. Birbaşa efirə çıxan istifadəçi daha bir nəfəri də canlı yayıma qoşa biləcək. Eyni zamanda istifadəçilər canlı yayım müddətində maska effektlərindən də istifadə edəcəklər. (azertag.com)


 

Xəbər lenti

Bütün xəbərlər