29 İyun 2017 Cümə axşamı

Alimlər “5D” printeri icad ediblər


"Mitsubishi Electric Research Laboratories" tərəfindən hazırlanmış "5D" printer yüksək möhkəmliyə malik detallar hazırlamağa imkan verir.

2016-06-30 17:15

Alimlər “5D” printeri icad ediblər

Son illər ərzində "3D" printerlərin populyarlığı xeyli artıb. Bu gün sözügedən texnologiyanın köməyi ilə yalnız sadə detallar deyil, həm də mürəkkəb konstruksiyalar hazırlanır. Bu halda alim və mühəndislər artıq mövcud olan texnologiyaları təkmilləşdirmək barədə düşünürlər.

Ensonxeber.az məlumat verir ki, bu günlərdə "Mitsubishi Electric Research Laboratories" şirkətinin mütəxəssisləri "5D" printeri yaradıblar.

"Mitsubishi Electric Research Laboratories" tərəfindən hazırlanmış "5D" printer yüksək möhkəmliyə malik detallar hazırlamağa imkan verir.

Şirkətin mütəxəssisləri iddia edirlər ki, eyni materiallardan istifadə zamanı "5D" printerdə yaradılmış məhsul 5 dəfə daha möhkəmdir və onların istehsalı üçün 25 faiz daha az plastik lazımdır. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər