17 Yanvar 2017 Çərşənbə axşamı

Castin Timberleyk Vudi Allenin filmində çəkiləcək


Pop-ifaçı və aktyor Castin Timberleyk rejissor Vudi Allenin yeni filmində çəkiləcək.

2016-07-15 21:31

Castin Timberleyk Vudi Allenin filmində çəkiləcək
Amerikalı pop-ifaçı və aktyor Castin Timberleyk rejissor Vudi Allenin yeni filmində çəkiləcək. Ensonxeber.az-ın məlumatına görə, dram filmində hadisələr 50-ci illərin Nyu-Yorkunda baş verir. Filmin adı müəyyənləşməyib, lakin çəkilişlər payızda başlayacaq. Keyt Uinslet və Castin Timberleykdən başqa filmdə Cuno Templ və Ceyms Beluşi iştirak edəcək. 80 yaşlı Allen üçün bu, rejissoru olduğu 47-ci film olacaq. Bu il bizi onun Amazon üçün çəkdiyi ilk serial da gözləyir. Qeyd edək ki, Timberleyk "Sosial şəbəkə", "Alfa İt", "Geriyə açıq yol", "Çox pis müəllimə", "Zaman", "Fırladılmış top" və başqa filmlərdə çəkilib. (buro247.az)


 

Xəbər lenti

Bütün xəbərlər