AZAL Türkiyədə qiyama görə ləğv edilən biletləri geri qaytarır


"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.

2016-07-18 19:40

AZAL Türkiyədə qiyama görə ləğv edilən biletləri geri qaytarır

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar ləğv edilmiş reyslərə biletləri geri qaytarır.

AZAL-dan verilən məlumata görə, Türkiyədə baş vermiş son hadisələri nəzərə alaraq, 16-20 iyul 2016-cı il tarixlərində İstanbul və Ankara istiqamətlərində uçan reyslərə, 15 iyul 2016 tarixinə kimi yazılmış aviabiletlər 15 avqust 2016-cı il tarixinə qədər müraciət olunması şərti ilə cəriməsiz qaytarıla bilər.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər