14 Dekabr 2017 Cümə axşamı

“Selfie” üçün ilk dron ixtira edilib


Əksər foto həvəskarları üçün “selfie” çubuğu uzun müddətdir ki, əvəzedilməz qurğu hesab edilir

2016-07-20 12:29

“Selfie” üçün ilk dron ixtira edilib

Əksər foto həvəskarları üçün “selfie” çubuğu uzun müddətdir ki, əvəzedilməz qurğu hesab edilir. Həvəskarlar və peşəkarlar üçün bu qurğusuz fotosessiyanı təsəvvür etmək qeyri-mümkündür. Gündəlik həyatımıza daxil olan bu cür qurğular təkmilləşdirilərək daha qəribə şəkillər alır və daim yeni funksiyalarla təchiz edilir.

Ensonxeber.az məlumat verir ki, belə qurğulardan biri bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən, ventilyatorun quraşdırıldığı “selfie” çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, “selfie” çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.

Avstraliyalı ixtiraçı Saymon Kantor “selfie” çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə “Android” və “iOS” əməliyyat sistemləri ilə uyğunluq təşkil edən “selfie” üçün ilk pilotsuz uçan aparat yaradıb. Kiçikölçülü dron saatda 25 kilometr sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin GPS modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir. Bundan başqa, qiyməti 400 ABŞ dolları olan bu qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu fotolar çəkməyə imkan verir. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər