Qida hazırlayan 3D ev printeri yaradılıb


“Natural Machines” startapı qida üçün “Lipson” adlı 3D ev printeri yaradıb.

8 Avqust 2016 22:49

Qida hazırlayan 3D ev printeri yaradılıb

“Natural Machines” startapı qida üçün “Lipson” adlı 3D ev printeri yaradıb. Qurğu müxtəlif inqrediyentlərdən ibarət 8 kartricin köməyi ilə müxtəlif qidaları çap edə bilər. Cihazın ölçüsü kofeqaynadan boydadır.

Tərtibatçıların sözlərinə görə, proqram təminatı 3D printerin işləməsində aparıcı rol oynayır. Əvvəllər belə qurğular detalların çapı üçün istifadə olunurdu.

Qida hazırlamaq üçün fərdi 3D printerə 5-10 il sonra hər kəs sahib ola bilər. Qurğu Beynəlxalq Kulinariya Mərkəzinin dəstəyi ilə yaradılıb.

Alimlər düşünürlər ki, “Lipson” qurğusu 2020-2025-ci illərdə hər bir mətbəxin bəzəyi olacaq. (azertag.com)


 

Xəbər lenti

Bütün xəbərlər