12 Dekabr 2017 Çərşənbə axşamı

Xoşbəxtlik sənin əlindədir


Həyat çox qısadır... Sanki bir anlıq görüş... Buna görə də həqiqətən dəyərli olan şeylərə dəyər verin!

2016-08-31 23:46

Xoşbəxtlik sənin əlindədir
Ölüm bu qısa dünya həyatımızda heç birimizin qaça bilmədiyi həqiqətdir.   Hər bir insanın qarşısında iki yol var. Ya qısa həyatını çətinliklə, sıxıntı ilə, bədbəxtlik və dərin kədər hissi ilə, imansız keçirəcək, ya da iman gətirib dünyada da həqiqi xoşbəxtlik və rahatlığı əldə edəcək. Bu iki yoldan başqa yol, başqa seçim yoxdur.   Bəs iman gətirməyən insanlar dünyada nə üçün bu qədər kədərlənir, niyə bu qədər stress keçirirlər? Bilirsiniz?   Çünki onlara göstərilən ən doğru yolla - Quranın yolu ilə getmirlər. Yaşadıqları hər ana Allahın hakim olduğunu düşünmürlər. Hadisələrin insanların nəzarətində olduğunu zənn edirlər. Özlərinə yaxşılıq və ya pislik toxunduqda bunun insanlardan gəldiyini düşünürlər. Əsəbiləşir və kin bəsləyirlər. Özlərinə aid bütün var-dövlətin öz ağıl, bacarıq və cəhdlərindən qaynaqlandığını düşünürlər. Hər hansı mövzuda müvəffəqiyyətsiz olduqda isə depressiyaya düşürlər.   Halbuki Quranda Allahı unudub, insanlara və hadisələrə Allahdan müstəqil güc verməyin “şirk” olduğu bildirilir. Şirk içində yaşayan insanlar qədəri və bütün hadisələrdə xeyir və gözəllik olduğunu unudurlar. Həyatlarının heç bir anında Allaha güvənmənin və təvəkkül etmənin rahatlığını yaşamırlar. Şeytan onları boş fikirlərə sövq edib kədərləndirir, məşğul edir, Allahdan uzaqlaşdırır və kədərli insanlara baxaraq öz qalibiyyətinə sevirir.   Mömin üçün isə vəziyyət tamamilə fərqlidir. Mömin hər bir hadisədə xeyir və gözəllik görür. Hər günə şükürlə başlayır, hər gününü qədərini seyr edərək keçirir. Başına bir müsibət gəlsə, dərhal bunun Allahdan imtahan olduğunu bilir,  bir gözəlliklə qarşılaşsa, Allaha şükür edir. Mömin hər iki vəziyyətdən də razı, qəlbi rahat, ruhunda dərin xoşbəxtliklə həyatını davam etdirir. Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi / 155)   Mömin Allahın onun üçün ən gözəl qədəri yazdığını, qarşısındakı insanı danışdıranın, hadisələri idarə edənin Allah olduğunu bilir. Allahın təqdir etdiyi qul mühakimə edərmi? Allahın təqdir etdiyi qul hesaba çəkə bilərmi? Mühakimə etməyən və səmimi qəlbdən qədərə razı olan mömin hər gün hadisələrin hikmətini daha yaxşı qavrayaraq nəfsini tərbiyələndirir və gün keçdikdə cənnət əxlaqına yiyələnir. Nəyahət, dünyada yaşayarkən ən böyük zənginlik olan rahatlıq və xoşbəxtliyə qovuşur.     Kim bilir, bəlkə də, siz bu sətirləri oxuyarkən yanınızda oturan insan son nəfəsini verəcəyi ana yaxınlaşır. Həyat bu qədər qısadır... Sanki bir anlıq görüş... Buna görə də həqiqətən dəyərli olan şeylərə dəyər verin, digərlərini isə kənara atın!... Həyatın, xırdalıqların, şeytanın sizi məşğul etməsinə icazə verməyin! Unutmayın ki, buna sərf etdiyiniz vaxtı yaxşılıqla, gözəl düşüncələrlə, dua və xeyirlə doldura bilərsiniz! İman gətirib, təvəkkül edərək bu dünyadan sevinc və xoşbəxtliklə köçüb, həqiqi həyatınız olan axirətə gözəl addım ata bilərsiniz. Qəlbinizi Allaha açın! O sizə doğru yolu göstərəcək... www.derinbilgiler.net


 

Xəbər lenti

Bütün xəbərlər