14 Dekabr 2017 Cümə axşamı

3,6 milyardillik fosil tapıldı


Avstraliyalı geoloqlar Qrenlandiyada 3,6 milyar il əvvələ aid canlıların fosillərini tapıblar

2016-09-03 12:59

3,6 milyardillik fosil tapıldı

Ensonxeber.az xarici mətbuata istinadən məlumat verir ki, Avstraliyalı geoloqlar  Qrenlandiyada 3,6 milyar il əvvələ aid canlıların fosillərini tapıblar. Bu fosillərin yer üzündəki həyatın  elmə məlum dövrdən daha qədim olduğunu gözlər önünə sərir.

İsua bölgəsindəki tədqiqatlar zamanı süxur laylarında tapılan orqanizmlərin 3,6 milyard il əvvəl yaşadığı güman edilən mikroorqanizmlərə aid olduğu bildirilir.

Alimlərin 1-5 sm boyu olan konusşəkilli orqanizmləri laboratoriya şəraitində tədqiq etməsi ilə fosillərin mikrob əsilli canlılara məxsus olduğu məlum olub.

Tədqiqatçılar fosillərin yer üzündəki həyatın təxmin ediləndən daha qədim olduunu göstərdiyini vurğulayıblar.

Daha əvvəl Avstraliyanın qərbində tapılan və 3,4 milyard il əvvələ aid olduğu bildirilən fosillər dünyanın ən qədim fosilləri kimi qəbul edilirdi. 

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər