28 Fevral 2017 Çərşənbə axşamı

Məşhur tənhalıq


Çox guman ki, sizin də tənhalıqla mübarizə aparan tanıdıqlarınız var.

2016-09-25 18:42

Məşhur tənhalıq
İnsanların çoxu tənhadır. O qədər yalnızdırlar ki, bəziləri həll yolunu sosial şəbəkələrdəki dostluqlarda tapır, süni dünyalar yaradır, xəyali dostluqlardan mədət umur. Bu cür insanlar sosial şəbəkə “dost” larının çox vaxt hekayələrdən ibarət həyatlarını ən incə təfərrüatına qədər bildikləri halda, həqiqi dünyadan bir o qədər uzaq olur, hətta yaxın qonşularını belə tanımırlar. İt, pişik və quşlarda sevgini axtaranların, tənhalıqdan qurtulmağa çalışanların sayı heç də az deyil. Dostları ilə şəkillər çəkdirib, minlərlə izləyicisi ilə paylaşan ama hər zaman tənhalığını vurğulayan insanlardan siz də xəbərdarsınız. Sizin də, çox guman ki, tənhalıqla mübarizə aparan tanıdıqlarınz var. Bəs öz ailələri və ya dostları ilə maraqlanmaq, bir yaxşılıq etmək əvəzinə saatlarla internetdə vaxt keçirən neçə nəfəri tanıyırsınız?Birinə kömək etmək və ya soruşulan bir suala cavab vermək, hətta gözəl bir söz söyləməkdənsə, facebook mesajlarını cavablandırmağa üstünlük verən neçə nəfər insanı tanıyırsınız? Övladınız sizinlə ünsiyyət qurmaq əvəzinə, telefonuna, yaxud da kompyuterinə baxmağa üstünlük verir?Bütün bunlar önəmli bir problemin əlamətləridir... Tənhalıq yavaş-yavaş yayılan xəstəlik kimidir. İzdihamlı məclislər, məşhur əyləncə mərkəzlərində gerçəkləşdirilən və hər kəsin əyləndiyi kimi görünən məclislər, yüzlərlə insanın işlədiyi böyük biznes mərkəzləri tənha insanlarla doludur.Bu məşhur tənhalığın səbəbi çox açıqdır. İnsanlar hələ uşaq yaşlarından etibarən düşünməməyi öyrənirlər. Sevgini düşünmürlər, sevginin önəmini, necə bir ehtiyac olduğunu qavramırlar. Bir müddət sonra bu elə bir hala gəlir ki, gözəlliklər onlarda təsir yaratmamağa başlayır.Daha yaxşısını əldə etmək istəyi olur, daha bahalısına, daha göstərişli olana, daha çox sayda dostlara. Ancaq bunlara sahib olduqda da bir çoxu heç sevinmir. Çünki dərhal daha yenisinin axtarışında olur. Əlbəttə ki, insanda daha yaxşıya, daha gözələ istək olmalıdır və bu ruhumuzdakı cənnət istəyinin bir yansımasıdır. Ancaq burada bəhs edilən bitib-tükənməyən dünyəvi istəklərdir. İsrafa səbəb olan, gözəllikləri dəyərdən salmağa yönələn yanlış əxlaqdır. Bu əxlaqın aradan qalxmasının tək yolu isə imandır, Qurandır. Allah dünyadakı əskiklikləri üzərində düşünmək üçün yaradır.Gözəl bir uşaq, rəngarəng quş və ya möhtəşəm qoxulu bir gül yaradır ki, insanlar bunlardakı incəlikləri görsünlər, gözəlliklərin qiymətini başa düşsünlər.Kasıb bir insan yaradır ki, əllərindəkilərə şükür etsinlər, müharibə yaradır ki, hüzurun dəyərini bilsinlər, qardaşlığın önəmini qavrasınlar.Qocalıq yaradır ki, insanlar gözəlliklərinin sahibi olmadıqlarını anlasınlar, gözəl olan hər şey istisnasız olaraq zaman keçdikcə xarab olur, köhnəlir, paslanır, yaxud da solur ki, dünyanın keçiciliyini unutmasınlar.Bu şəkildə Qurana uyğun düşünməyi öyrənməyən insanlar dəyər bilməyən, eqoist, narazı olurlar. Həqiqi insanlarla əlaqə yaratmaq, həqiqi insanlara kömək etmək əvəzinə, xəyali dünya yaradıb, bu dünyalarındakı tənhalıqda sanki boğulurlar. Allahın bizdən istədiklərini düşünməyən, bunları həyata keçirməyən uşaqlar çok izdihamlı dost qrupları içində asosial ola bilirlər. Dünya səviyyəsində sevilən, tanınan sənətçilər tənhalıqdan depressiyaya düşüb intihar həddinə çatırlar. Allahın bizdən istədiyi həyat bizim xoşbəxt yaşayacağımız cürdür. Allahın istədiyi kimi yaşamayan hər insan bədbəxt olur.Din gözəl əxlaqdır. Sevgini coşqu ilə yaşamaqdır. İnsanları sevməkdir. Allahın yaratdıqlarına qarşı dərin məhəbbətdir. Çiçəkləri, böcəkləri, quşları, hamısından çox insanları coşqu ilə sevməkdir. Qiybət etməmək, pis söz söyləməmək, insanları incitməmək, hər kəsin yaxşılığı, xoşbəxtliyi üçün cəhd etmək, Allah’ı dərindən sevmək, cənnətdə sonsuzadək Allahın təcəllisini görməyi arzu etmək, Allah üçün yaşamaqdır. İman gətirən insan əsla tənha olmadığını da bilir. Dörd divar arasında olsa da, kimsəsiz bir yerdə qalsa da, bilir ki, Allah hər zaman yanındadır. Bu da insan üçün ən gözəl sevinc səbəbi, ən böyük rahatlıqdır. meqaleler.com


 

Xəbər lenti

Bütün xəbərlər