28 Fevral 2017 Çərşənbə axşamı

Yanlışa aparan duyğu - “mənlik”


Bəxş edilən xüsusiyyətləri sahiblənmək və onlara öz iradəsi ilə sahib olduğunu düşünmək insanların içərisinə düşdüyü böyük yanılmadır.

2016-11-15 11:36

Yanlışa aparan duyğu - “mənlik”

Hər səhər yuxudan oyandığımız andan etibarən özümüzə aid məlumatları yenidən xatırlayırıq. Harada yaşadığımız, yaşımız, işimiz, adımız, ailəmiz, keçmişimiz zehnimizdə canlanır. Güzgüyə baxdığımız zaman eyni üz və bədənlə qarşılaşırıq və bütün bunlar səbəbindən “mən” dediyimiz bir varlıq halına gəlirik. 

Halbuki əgər Allah diləsə idi, hər gün fərqli bədənlə, fərqli həyata gözlərimizi açardıq. Əlbəttə ki, bu, hər gecə yuxuda canımızı alan və oyandığımız zaman bizi yenidən dirildən Rəbbimiz üçün çox asandır. Belə ki, yuxularımızda özümüzü tamam fərqli bir mühitdə, tanımadığımız insanların və hadisələrin içərisində görürük. Üstəlik, “mən” dediyimiz bədənimiz belə olmadan... Bənzər vəziyyət, Allahın izni ilə, Cənnətdə də yaşanacaqdır. Demək ki, “mən” adlandırdığımız bədən və həyatımız dünyaya xasdır və Rəbbimizin yaratdığı imtahanının tələbidir. Bəxş edilən xüsusiyyətləri sahiblənmək və onlara öz iradəsi ilə sahib olduğunu düşünmək insanların içərisinə düşdüyü böyük yanılmadır.

İnsan nələrə mənlik verir?

Öz bədənini sahiblənmək İnsanların ən çox “mənlik” verdikləri varlıq öz bədənləridir. Belə ki, gözəl olan insan gözəlliyi ilə öyünür, bədəninin bəzi hissələrini bəyənməyən insan da bəyənmədiyi bu xüsusiyyəti səbəbindən kompleksə girir. Halbuki uca Allah insanlara bəxş etdiyi xüsusiyyətlərlə onları imtahan edir. Bədən bu dünyada müvəqqəti istifadə etdiyimiz bir vasitədir. Ölümlə birlikdə toprağın altında çürüyüb, yox olacaqdır. Buna görə də insanların etməli olduğu uca Allahın onu yoxdan yaratdığını düşünüb, Rəbbimizə şükür etməkdir.

Xarakterini sahiblənmək

Bəzi insanlar kiçik yaşlarından etibarən sahib olduqları xarakterləri sahiblənir və bunlarla öyünürlər. Halbuki bu müsbət xüsusiyyətlər, əslində, Rəbbimizin İsimlərinin insanlar üzərində təzahürüdür. Məsələn, insanın mərhəmətli olması uca Allahın Ərhamür Rahimin İsminin, şəfqətli olması Rauf İsminin, bağışlayıcı olması Qəffar İsminin, ədalətli olması Ədl İsminin həmin insanda təzahür etməsidir. Mənfi və müsbət xüsusiyyətlərinin heç biri insanın özündən qaynaqlanmır. Buna görə də insanın xarakterini sahiplənməsi, mənfi xüsusiyyətlərini düzəltməməsi, müsbət xüsusiyyətləri ilə öyünməsi özünə mənlik verməsi mənasına gəlir. Hər insan Allahın bəyənmədiyi əxlaqı tərk etmək və Qurana uyğun yaşamaqla mükəlləfdir.

Xəta və ya müvəffəqiyyətini sahiblənmək

İnsanın müvəffəqiyyət və ya xətalarının özündən qaynaqlandığını zənn etməsi də mənlik duyğusuna, beləliklə də, şirkə gətirib-çıxaran vəziyyətdir. Halbuki müvəffəqiyyəti də, xətanı da etdirən uca Allahdır və Allah qədərdə təqdir etdiyi üçün yaşanır. Rəbbimiz qullarına xəta etdirməklə onlara acizliklərini və yalnız Özünün bütün qüsur və xətalardan münəzzəh olduğunu göstərir. Belə ki, insan xətaları və yanlışları üçün tövbə etməli, müvəffəqiyyət qazandığı zamanlarda isə şükür edib, uca Allahın rizasını qazanma yolundakı cəhdinə davam etməlidir.

İnsan mənlik duyğusundan necə xilas ola bilər?

Mənlik duyğusundan xilas olmağın yolu insanın Allahın gücünü, böyüklüyünü və yaratdığı qədərin mükəmməlliyini qəti şəkildə anlamasına bağlıdır. Daim Allaha yönələn, Rəbbimizin qarşısındakı acizliyini və hər şeyin əsl sahibinin Allah olduğunu bilən insan əsla mənlik duyğusuna qapılmaz. Unudulmamalıdır ki, bütün varlıqlar Allahın təcəlliləridir. Gözümüzün rəngini, boyumuzu, yaşadığımız yeri, dostlarımızı, xarakterimizi, bir sözlə, “mən və həyatım” dediyimiz hər şeyi qədər ilə müəyyən edən və yaradan Allahdır. Rəbbimizdən başqa hər kəs və hər şey sonsuz aciz, möhtac varlıqlardır.


 

Xəbər lenti

Bütün xəbərlər