27 Aprel 2017 Cümə axşamı

HOMOSEKSUALLIQ ANADANGƏLMƏ DEYİL, ÇİRKİN SEÇİMDİR – psixoterapevtə cavab


11 noyabr, 2016-cı il tarixində psixoterapevt Şəbnəm Sadıqova şəxsi internet saytında homoseksuallıq haqqında bir məqalə yayımladı.

2016-11-28 23:26

HOMOSEKSUALLIQ ANADANGƏLMƏ DEYİL, ÇİRKİN SEÇİMDİR – psixoterapevtə cavab

11 noyabr, 2016-cı il tarixində psixoterapevt Şəbnəm Sadıqova şəxsi internet saytında homoseksuallıq haqqında bir məqalə yayımladı. Məqalədə homoseksuallıq müxtəlif terminologiya ilə bəzədilərək sanki elmi əsaslı, təbii bir xarakter forması kimi təqdim edilir. Dünyanın bir çox ölkəsini cənginə almış bu çirkin əxlaqsızlığın bizim ölkəmiz üçün də ciddi bir təhlükə olduğunu, buna qarşı həm maarif, həm də qanuni cəhətdən necə etinalı olmaq lazım gəldiyini sizə çatdırmağı özümüzə borc bilirik.

İlk öncə bunu vurğulamaq lazımdır ki, homoseksuallığı müdafiə edənlərin ən çox əl atdıqları yol budur: “homoseksuallıq xəstəlikdir” və ya “homoseksuallıq anadangəlmə davranışdır”. Hər iki iddia eyni dərəcədə elmdənkənardır. Avstraliyalı müalicə işi üzrə mütəxəssis Dr. Keti Uolles bir elmi məqaləsində belə yazır:

“Bir insan Y cinsi xromosomunun olub-olmamasından asılı olaraq ya kişi, ya da qadın olaraq doğulur. Qadınlar irsən biri atalarından, digəri analarından olmaqla, iki X xromosomuna sahib olurlar. Kişilər isə həmişə atalarından gələn bir Y xromosomuna və həmçinin analarından gələn bir X xromosomuna sahibdirlər. Buna görə də qadınlar XX, kişilər isə XY-dirlər… Bizim hər birimiz atamızdan ya X, ya da Y xromosomu almışıq və biz bioloji olaraq ya kişi, ya da qadınıq”. [Kathy Wallace, “Male and female, He made them”, creation.com]

Homoseksuallığın anadangəlmə davranış olmadığını ən yaxşı sübut edən tədqiqat isə eyni yumurta əkizləri üzərində aparılan araşdırmalardır. Kaliforniya Universitetindən Uilyam R. Rays və əməkdaşlarının 2012-ci ildə “The Quarterly Review of Biology” jurnalında yayımladıqları bir məqalədə qeyd edilir ki, homoseksual nümayəndələri olan ailələrdə başqa homoseksual üzvlərə çox az rast gəlinir. Statistik olaraq, eyni yumurta əkizlərinin ikisinin də homoseksual olma ehtimalı 20 %-dir. Bu isə, homoseksuallığın anadangəlmə keçmədiyini, yalnız və yalnız bir seçim olduğunu açıq-aşkar sübut edir. Bundan əlavə, müəlliflər açıq şəkildə etiraf edirlər ki, insan genetikasında “gey genləri” mövcud deyildir. [W. Rice et al. “Homosexuality as a consequence of epigenetically canalized sexual development,” The Quarterly Review of Biology 87, no. 4 (2012)]

Homoseksualığın irsi mahiyyət daşımaması, sadəcə psixoloji seçim olmasını sübut edən digər məsələ isə keçmişdə homoseksual həyat tərzi keçirən insanların sonradan bu həyat tərzini tərk etmələridir. “Exodus International” kimi “Homoseksuallar üzrə Xristian Şurası” homoseksualların gey həyat tərzini tərk etmələrinə kömək etmişdir. Bu da homoseksuallığın sonradan öyrənilmiş davranış olduğunu göstərir.

Fiziki quruluş, xromosomlar, hormonlar, neyroloji, yaxud da biokimyəvi təbiət və s. üzərində aparılmış araşdırmalar homoseksuallar və heteroseksuallar arasında heç bir fərq üzə çıxarmayıb. Amerikalı psixoloq Dr. Geri Kollins özünün ümumi təhsil kitabında qeyd edir ki, araşdırmaçılar bu nəticəyə gəlmişdirlər: “homoseksuallığın fiziki və ya bioloji səbəbi olduğu fikrini dəstəkləyəcək heç bir dəlil yoxdur”. [Creation 13(1):4, December 1990]

Bir insanın “özü olması” ancaq fitrətinə uyğun yaşaması ilə mümkündür. Bunun əksində isə insan özünə ancaq nifrət edə bilər. Homoseksuallar heç biri xoşbəxt həyat sürmürlər. Bəziləri bunun kənardan onlara qarşı göstərilən təzyiqin nəticəsi olduğunu düşünür. Halbuki bu, doğru deyil. Bu əxlaqın əl üstündə saxlandığı ölkələrdə belə homoseksualların intihar sayı çox yüksəkdir. Məsələn, ABŞ-da intihar edənlərin 50%-i homoseksuallardır. ABŞ əhalisinin yalnızca 4%-nin homoseksual olduğunu nəzərə alsaq, homoseksuallığın homoseksualların özü üçün necə böyük bir bəla olduğu daha aydın görərik.

Homoseksualların gətirdiyi ən böyük bəlalardan biri bu insanlarda zöhrəvi və digər xəstəliklərin faiz nisbətinin heteroseksual insanlardan qat-qat çox olmasıdır. Öz şəxsi gigiyenasının qeydinə qalan normal cütlüklərdə yoluxucu xəstəliklərin bir-birinə ötürülmə ehtimalı çox nadirdir, demək olar ki, yoxdur. Homoseksualların bir-birlərinə ötürdükləri xəstəliklər isə adi insanlar üçün gözlənilmir. Homoseksuallar arasında yoluxucu xəstəliklərin müşahidə edilmə ehtimalı adi insanlardan 10 dəfə daha çoxdur — bura sadəcə zöhrəvi xəstəliklər yox, QİÇS, hepatit B və s. də daxildir.

Homoseksualların əksəriyyəti QİÇS xəstəliyindən həyatını itirir. 2008-ci ildə aparılan bir araşdırmaya görə ABŞ-ın 21 iri şəhərində yaşayan hər beş homoseksualdan birinə insan immunçatışmazlığı virusu düşür və bu insanların yarısı xəstəliyə yoluxduğunun fərqində olmur. Cinsi yolla keçən digər xəstəliklərə da məruz qalan homoseksuallar çox vaxt özlərinə keçən virusun fərqində olmadan cəmiyyət içində xəstəliyi yayırlar. Bunlar qan vermə zamanı inyeksiya və ya cinsi əlaqə ilə yayılırlar. Aparılan bir araşdırmaya görə, homoseksualların 28%-i 1000-dən çox insanla cinsi əlaqə qurur. Bundan əlavə, QİÇS-lə mübarizə ölkələrə iqtisadi olaraq da mənfi təsir göstərir. Məsələn, ABŞ-da hökumət QİÇS-lə mübarizə aparmaq üçün ildə 24 milyard dollardan çox xərc çəkmək məcburiyyətində qalır.

Digər tərəfdən, homoseksualların əqli sağlamlıq baxımından da ciddi problemlər yaşadıqları məlumdur. ABŞ-da aparılan bir səhiyyə araşdırmasının nəticəsinə görə, homoseksuallar heteroseksual insanlara görə 50% daha çox depressiyaya düşməyə meyil göstərir və narkotikdən asılı olurlar. İntihar etmə nisbətləri isə 200%-dən daha çoxdur. Bir homoseksual bir heteroseksuala görə 24 il daha az yaşayır. Homoseksuallar QİÇS səbəbindən həyatlarını 40 yaşlarının sonunda itirdiyi halda, heteroseksual insanlar orta hesabla 70 il yaşayırlar.

“Homofobiya”, “irrasional nifrət”, “diskriminasiya” kimi nəzəri cəlb edən sözlərdən istifadə edərək bu əxlaqsızlıq təbliğatının aparılması yalnışdır. Cəmiyyətin bütün fərdləri bizim üçün çox dəyərlidir və bizlər hər kəsin qurtuluşu üçün fəaliyyət göstərməyə hazırıq. Bunun üçün onları homoseksuallığa təhrik edən aktivistlərin təbliğatını dayandırmaq məqsədilə hərəkətə keçilməlidir.

Şəbnəm Sadıqova azyaşlı oğlan uşaqlarının valideynləri və yaxın ətrafı tərəfindən “sözlü zorakılığa” məruz qaldığını, oğlan uşaqlarının qıza oxşamaması ilə bağlı edilən təkidlərin lazımsız, hətta təhlükəli (!) olduğunu bildirir. Halbuki müxtəlif təsirlər altında oğlan uşaqlarının qıza, qız uşaqlarının da oğlana oxşaması – fərdin və cəmiyyətin gələcək həyatı üçün əsl təhlükə bax budur. Uşaqları çirkin meyillənmələrdən çəkindirmək lazımdır. Məsələn, bir uşaq oğurluq etməyə, yalan danışmağa və ya başqa əxlaqsızlığa meyl etdikdə valideynləri onu nəcə çəkindirirsə, müxtəlif təsirlər altında homoseksuallığa meyl edən uşaqları da eyni şəkildə bu çirkin əməldən çəkindirmək lazımdır.

lgbt3Avropa üzrə homoseksual cütlüklərin övladlığa uşaq götürməsinin qanuni olduğu ölkələr (bənövşəyi rəngdə)

Bu gün homoseksuallığın ən çox xələl yetirdiyi qismlərdən biri elə bu azyaşlı nəsildir. Homoseksual evliliyin qanuni olduğu ölkələrdə bu dırnaqarası cütlüklərin övladlığa götürdükləri uşaqlar tez-tez cinsi istismara məruz qalırlar. Allahın lənətlədiyi, iyrənc əməldən ibarət evliliklə qurulan ailələrdə uşaq təcavüzlərinə tez-tez rast gəlinir. Unutmayaq ki, bu müdafiəsiz uşaqların hüquqlarını qorumaq mənəvi olaraq üzərimizə düşən məsuliyyətdir. Aparılan araşdırmalar göstərir ki, homoseksual valideynləri olan uşaqlar yaşadıqları cinsi qarışıqlığa görə homoseksual əməllərə meyilli olur və nəticədə psixi pozğunluqları, narkotik asılılıqları meydana gəlir. Bundan əlavə, – növbəti abzaslarda da vurğulayacağıq ki – cinsi təcavüzə və intihara meyilli olduqları kimi QİÇS kimi cinsi yolla yayılan xəstəliklərə də daha tez yoluxurlar.

Homoseksuallar arasında evlilik statistikaları və bu evliliklərin nəticəsində övladlığa götürülən uşaq sayındakı artım araşdırıldıqda, bu vəziyyətin nə qədər təhlükəli olduğunu daha aydın görə bilirik. ABŞ-da homoseksual ailələrlə birlikdə yaşayan 94.627 uşaq var. Valideynlərindən birinin homoseksual həyat sürdüyü uşaq sayı isə 6-14 milyon arasında dəyişir. İngiltərədə isə 2015-ci ilin mart ayından etibarən homoseksual valideynlər tərəfindən övladlığa götürülmüş uşaq sayı son 12 ayda sürətlə artaraq rekord səviyyəyə çatıb.

Homoseksual valideynləri tərəfindən cinsi təcavüzə məruz qalan oğlan uşaqları ilə bağlı hallar olduqca çoxdur. Bundan başqa başlarına gələnləri utandıqları, ya da qorxduqları üçün açıqlaya bilməyən uşaqlar da var. Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovun homoseksual cütlər tərəfindən təcavüz edilən uşaqlarla bağlı açıqlaması bu şəkildədir:

“Yetim qalan rus uşaqlarla əlaqə yaratmaq asan olduğundan xarici ölkələrdəki pozğun insanların diqqətini çəkirlər. Xaricilər ölkəmizə gəlib asanlıqla pul ödəyərək uşaqlarımızı ala bilirlər”.

2012-ci ildə Rusiya qanunlarda bəzi dəyişikliklər edərək Amerika vətəndaşlarının rus uşaqlarını övladlığa götürmələrini qadağan edib. Növbəti il isə xarici homoseksual cütlərə rus uşaqlarının övladlığa verilməsini qadağan edən qanun Dumada təsdiq olundu.

lgbt2

Azyaşlı oğlan və qız uşaqları nəinki homoseksual klanın öz azğın istəkləri üçün bir obyektə çevrilmiş, hətta bu klanın təbliğat aləti də olmuşlar. Müxtəlif aksiyalarda homoseksual təbliğatın başlıca bir aləti kimi oğlan uşaqlarından sui-istifadə edilir.

Digər tərəfdən, bu tip travmaların kiçik uşaqların üzərində yaratdığı psixoloji təsirləri də nəzərə almalıyıq. İlk öncə, bu məsələdə atılacaq ən mühüm addımlardan biri uşaqları bu tərz bir təhlükəyə qarşı maarifləndirməkdir. 4-5 yaşlarından etibarən bu məsələ izah edilməli, özlərini qorumaları üçün lazımi tədbirləri necə alacaqları uşaqlara öyrədilməlidir. Hər hansı bir cinsi istismar ilə qarşılaşdıqda heç çəkinmədən bunu ifşa etmələri barədə cəsarətləndirmək, başına nə gəlirsə-gəlsin, özlərini günahkar hiss etməmələri, utanmamaları yaxşı izah edilməlidir.

Sözü gedən məqalənin növbəti abzaslarında LGBT nümayəndələrinin psixi dünyası və həyat tərzindən ayrı-ayrı danışılır. Adının necə qoyulmasından asılı olmayaraq, bu şəxslər əxlaqsız həyat tərzi yaşayırlar və maarifləndirilməklə bu həyat tərzinin qarşısı alınmalıdır. Bunu xüsusi vurğulamaq lazımdır: insanlar kişi və ya qadın olaraq doğulurlar. İnsanının cinsiyyətini ifadə edəcək üçüncü bir anlayış yoxdur. Homoseksuallıq tamamilə azğın, əxlaqsız bir seçimdir. Hər kəsin öz istədiyi kimi öz əxlaqını formalaşdırması, istədiyi əxlaqsız seçimi etməsi cəmiyyətə çox böyük zərər verir. Homoseksuallıq bütün haqq dinlərdə haramdır və əxlaqdan uzaq davranışdır. Bu iyrənc əməli doğru görən insanlar əxlaqı Allahın bütün insanlar üçün təyin etdiyi və əmr etdiyi bir anlayış olaraq deyil, subyektiv anlayış olaraq görürlər. Bir qatilin, təcavüzkarın, insest əlaqəyə girənin, pedofilin, manyakın, homoseksualın subyektiv əxlaqsız fikirlərini əxlaq olaraq qəbul etmək ağılsızlıqdır. Bu əməl sahiblərinin hamısı özünü haqlı görərək bu çirkin davranışları edirlər. Etdiyi əməllərə görə heç bir cavab verməyəcəyini düşünən biri zövq almaq üçün hər növ əxlaqsızlığı edə bilər. Məsələn, homoseksuallığı normal bir insan seçimi olaraq görən bəzi darvinistlər təcavüzün belə insanın xəyali heyvan əcdadlarından qalma “təbii”, instinktiv davranış olduğunu iddia edəcək qədər həddi aşıblar. Bu kimsələrə görə, homoseksuallıq kimi bir azğınlıq da eynilə təcavüz kimi təbii seçmənin nəticəsidir. Belə azğın düşüncəyə sahib olanın insesti də bu cür dəyərləndirməməsi üçün heç bir səbəb yoxdur.

Gənclərin bu tələyə düşməmələri, mənəvi dəyərlərini qoruyub saxlamaları və şərəfli həyat yaşamaları üçün “insan hüquqları” adı altında qəbul etdirilməyə çalışılan bu “yeni tip” həyat tərzinin azğınlığını ifşa etmək hər kəsin məsuliyyətidir. Burada üzərində dayanılmalı olan ən əhəmiyyətli məsələ isə homoseksualizmin İlahi dinlərin müqəddəs kitablarında Allah tərəfindən qəti şəkildə haram edilmiş olmasıdır:

Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” – deməkdən başqa bir şey olmamışdı. (Qurani-Kərim, Əraf surəsi, 80-82)

 

24Allah da onların ürəyindəki arzuları görüb, bədənlərini rüsvay etsinlər deyə, onları natəmizliyə təslim etdi. 25Onlar Allahın həqiqətini yalana dəyişdilər, Xaliqi qoyub xilqətə səcdə qıldılar, xilqətə ibadət etdilər. Xaliqə əbədilik alqış olsun! Amin. 26Elə buna görə də Allah onları azğın şəhvətə təslim etdi, onların qadınları təbii yaxınlığı qeyri-təbii əlaqə ilə əvəz etdilər. 27Kişilər də qadınlarla təbii yaxınlığı qoyub bir-birilərinə şəhvətlə qızışdılar. Kişilər kişilərlə əxlaqsızlıq etdilər və günahlarına görə tamamilə layiqli cəza aldılar. (İncil, Paulun romalılara məktubu, 1/24-27)

Bu əxlaqsız hərəkətləri edənlərin Allah Qatında böyük cəza ilə qarşılıq görəcəkləri də yenə müqəddəs kitablarda dəqiq şəkildə açıqlanmışdır:

(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin! Allahdan qorxun və məni hörmətdən salmayın!” Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?” (Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər istəyirsinizsə, (onlarla evlənin)!” Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər. Günəş doğanda qorxunc səs onları yaxaladı. Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq. Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır. (Qurani-Kərim, Hicr surəsi, 68-75)

Hamımız daha əxlaqlı, daha keyfiyyətli bir mühitdə yaşamaq üçün cəmiyyət şüurunun artırılmasına çalışmalıyıq. Homoseksualizmin həm onların özlərinə, həm də ətraflarına necə mənfi istiqamətdə təsir etdiyini insanlara yaxşı çatdırmalıyıq. Bunun xoş həyat tərzi kimi göstərilməsinə qəti imkan verməməliyik. Burada xüsusilə qeyd etmək istəyirik ki, homoseksuallara qarşı zorakılığı heç vaxt müdafiə etmirik. Biz homoseksuallar tərəfindən icra edilən anormal və azğın davranışların əleyhinəyik. Ona görə də sağlam düşüncəli insanlar cinsi əxlaqsızlığın cəmiyyətə verdiyi və verə biləcəyi ziyanı yaxşı görməli və bir yerə gələrək hər kəsi bu barədə maarifləndirməyin yolunu tapmalıdırlar.

 
 


 

Xəbər lenti

Bütün xəbərlər