12 Dekabr 2017 Çərşənbə axşamı

Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb


Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.

2016-12-09 13:54

Dövlət Komitəsinin sədri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.
 
Ensonxeber.az DQİDK-nın mətbuat xidmətinə istinadən məlumat verir ki,qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır. 
 
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Azərbaycanın güclü  tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərinə önəm verir və bu münasibətlərin inkişafına çalışır.
 
Səmimi şəraitdə keçən görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan  hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
 
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və şöbə müdirləri iştirak ediblər
Ensonxeber.az 


 

Xəbər lenti

Bütün xəbərlər