İnkar edənlər niyə xoşbəxt ola bilmirlər?


İman gətirməyən insanlar inkarçı fikirlərinə əsas kimi “həyatın yalnız bu dünyadan ibarət olduğu və axirətin olmadığı” məntiqini irəli sürürlər.

2016-12-12 21:51

İnkar edənlər niyə xoşbəxt ola bilmirlər?

İman gətirməyən insanlar inkarçı fikirlərinə əsas kimi “həyatın yalnız bu dünyadan ibarət olduğu və axirətin olmadığı” məntiqini irəli sürürlər. Bu məntiqə sığınaraq dünyada istədikləri hər şeyi edə biləcəklərini düşünürlər. Halbuki Allah axirət günündə bütün insanları dünya həyatında etdiklərindən hesaba çəkəcəyini bildirmişdir:

Onlar dedilər: “Dünya həyatımızdan başqa (bir həyat) yoxdur və biz bir daha dirildilməyəcəyik.” Onları Rəbbinin qarşısında dayandırılarkən görəydin! (Allah) deyəcəkdir: “Məgər bu (dirilmə) həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu həqiqətdir!)”– deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”(Ənam surəsi, 29-30)

Bəs insanlar nəyi düşünmürlər? Allah bunun cavabını Quran ayələrinin birində belə xəbər vermişdir:

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)

Allah dünya həyatının yalnız oyun və əyləncədən ibarət olduğunu, əsl həyatın isə axirətdə yaşanacağını bildirmişdir. İnkarçıların dərk etmədikləri də məhz budur; bu insanlar gerçək yurdun axirət olduğunu qəbul etmirlər. Buna görə də əsl həyat hesab etdikləri dünya həyatında amansız mənfəət yarışına girir, həm özlərinə, həm də digərlərinə daim zərər verirlər. Bu səbəbdən də heç vaxt xoşbəxt ola bilmirlər.

Bir şeyin dəyəri onun Allahın rizasına uyğun olub-olmadığı, Allahın razılığını qazanmaq üçün istifadə edilib-edilmədiyinə bağlıdır. Belə ki, insanların etdiyi işin nə olduğu mühüm deyil,  həmin işi hansı niyyətlə etdikləri əsasdır. Edilən xərcin miqdarı yox, hansı niyyətlə xərcləndiyi əsasdır. İbadətlərdə insanların niyyətinin mühüm olduğunu Allah bir ayədə belə bildirir:

Onların nə əti, nə də qanı Allaha çatar. Ona yalnız sizin təqvanız çatar... (Həcc surəsi, 37)

Lakin unudulmamalıdır ki, edilən hər yanlış və ədalətsiz işin sonu mütləq məyusluqla bitir. Bu cür vəsilələrlə Allah rizasına uyğun yaşamayanların zərər görəcəyini, dünya həyatındakı hər şeyin onlar üçün problem və kədər qaynağı olacağını insanlara göstərir. Bir sözlə, axirət həyatına inanmayan insanların üzüntü və stress içərisində yaşamasının səbəbi Allahın dinindən üz çevirmələri və qətiyyətlə dünyaya bağlanmalarıdır.

Həm dünyada, həm də axirətdə gerçək rahatlığa və xoşbəxtliyə qovuşmağın yolu Allahı çox sevmək, Ondan lazımınca qorxmaq və Rəbbimizin rizası üçün yaşamaqdır. Rad surəsinin 28-ci ayəsində belə bildirilir:

... Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)


 

Xəbər lenti

Bütün xəbərlər