28 Mart 2017 Çərşənbə axşamı

Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılacaq


Dekabrın 18-də Bakıda “Park İnn” otelində “Improveer International” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə təhsil sərgisi keçiriləcək.

2016-12-13 20:17

Bakıda magistr təhsili verən xarici universitetlərin sərgisi açılacaq
Dekabrın 18-də Bakıda “Park İnn” otelində “Improveer International” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə təhsil sərgisi keçiriləcək. Ən Son Xəbər Azərtac-a istinadən xəbər verir ki, Türkiyə, Avropa, Birləşmiş Krallıq, ABŞ və Kanadanın ali məktəblərinin iştirak etdikləri sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, xarici universitetlərə qəbul olma şərtləri, IETLS, TOEFL, YÖS, GRE, GMAT və General English kursları barədə ətraflı məlumat veriləcək. Sərgidə iştirak etmək üçün http://improveer.com/27-masterfair-qeydiyyat.html qeydiyyat formasını doldurmaq lazımdır. Qeydiyyat formasını doldurmayanlar sərginin girişində də qeydiyyatdan keçə bilərlər. Sərgidə iştirak ödənişsizdir.


 

Xəbər lenti

Bütün xəbərlər