22 Noyabr 2017 Çərşəmbə

“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb (FOTO)


Daha sonra Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri Rüfət Şirinov və digər əməkdaşı Vəfadar Babayev gənclərə öz tövsiyələrini veriblər.

2016-12-20 16:21

“Sağlam gənclik-sağlam gələcək!” layihəsi uğurla yekunlaşıb (FOTO)

Ensonxeber.az-ın məlumatına görə, 17 dekabr 2016-cı il tarixində Bakı şəhərində   “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihəsini uğurla yekunlaşdıb.

Bununla bağlı keçirilən tədbiri birliyin sədri Elçin Manafov  giriş sözü ilə açaraq iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib.

Daha sonra Gəncliyə Yardım Fondunun təhsil şöbəsinin müdiri Rüfət Şirinov və digər əməkdaşı Vəfadar Babayev gənclərə öz tövsiyələrini veriblər.

Həkim-kardioloq Dr. Azər Mustafayev gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib.

 Tədbirdə universitet tələbələri iştirak ediblər. İştirakçıları maraqlandıran suallar  cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər