Mübariz Qurbanlı: "Radikal qrupların Azərbaycanda möhkəmlənməsinə imkan verməməliyik"


"Radikal qrupların Azərbaycanda möhkəmlənməsinə imkan verməməliyik. Bunun üçün isə heç nəyə laqeyd qalmamalıyıq."

2016-12-21 17:58

Mübariz Qurbanlı: "Radikal qrupların Azərbaycanda möhkəmlənməsinə imkan verməməliyik"

"Radikal qrupların Azərbaycanda möhkəmlənməsinə imkan verməməliyik. Bunun üçün isə heç nəyə laqeyd qalmamalıyıq. Hesab etməməliyik ki, biz bu proseslərdən kənardayıq".

Ensonxeber.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı radikalizmlə mübarizəyə həsr olunmuş "Fitnə" sənədli filminin növbəti kütləvi baxışı məqsədilə keçirilən tədbirdə deyib.

M.Qurbanlı qeyd edib ki, "Fitnə" filmi əksər yerlərdə nümayiş olunub. Film telekanallarda da nümayiş etdirilir və etdiriləcək:

"Vətəndaşlar dini radikal qruplara qoşulanların peşmançılığını görməlidir. Bu filmin kütləvi nümayişləri daha çox keçirilməlidir. Bu cür filmlərlə insanlara İslamı olduğu kimi çatdırmalıyıq. Biz İslamdan qorxmamalıyıq. Biz dini maarifləndirməni davam etdirməliyik. Əks halda, insanlar belə qaragüruhçulara qoşulacaqlar".

Dinin siyasət olmadığını deyən M.Qurbanlı bildirib ki, dini radikalizm İslamda artıq qara yaraya çevrilib: "Amma radikalizm yalnız İslamda deyil, digər dinlərdə də var". (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər