Təkəbbürə səbəb olan xüsusiyyətlər nələrdir?


Təkəbbür yaradan səbəblər müxtəlifdir. Bəzən bir insana görə adi hesab olunan bir mövzu digərini təkəbbürləndirir.

2016-12-25 21:16

Təkəbbürə səbəb olan xüsusiyyətlər nələrdir?

Təkəbbür yaradan səbəblər müxtəlifdir. Bəzən bir insana görə adi hesab olunan bir mövzu digərini təkəbbürləndirir. Amma təkəbbürün səbəbləri əksər insanlarda, əsasən, eyni olur. Bu, insanların sahib olduğu müəyyən imkanlardan və xüsusiyyətlərdən qaynaqlanır. Başlıca səbəblər isə bunlardır:

- Var-dövlət və güc

- Gənclik və gözəllik

- Vəzifə, şöhrət

- Zəka

-Mədəniyyət və təhsil səviyyəsi

Lakin insanların unutmamalı olduğu bir həqiqət var. Bu xüsusiyyətlərin hamısı müvəqqətidir və ölümlə birlikdə yox olacaqdır. İnsan nə qədər gözəl, zəngin, zəkalı, savadlı olsa da, bunların heç birinə sonsuza qədər sahib ola bilməz. Bəlkə, 50 il, 80 il, ən çoxu 100 il... Qaçdığı ölüm gec-tez onunla qarşılaşacaq və öyündüyü bütün xüsusiyyətləri əlindən gedəcəkdir. Üstəlik, heç kimin istədiyi hər şeyə ömür boyu sahib olmağa və itirməməyə zəmanəti yoxdur. Təkəbbürləndiyi bütün maddi və mənəvi imkanları bir anda itirə bilər.

Allah dünya həyatının gerçək üzünü Quranda belə bildirmişdir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Əslində, təkəbbürə və qürüra səbəb olan xüsusiyyətlərin heç biri insanın özündən qaynaqlanmır,Allah hər birini xüsusi olaraq bəxş edir. Lakin insan sahib olduqlarını verənin Allah olduğunu düşünmədikdə haqsız təkəbbürə qapılır. Halbuki ağıl və şüur sahibi olan insanın etməli olduğu hər nemətin Rəbbimizin lütfü olduğunu unutmamaq və bütün bunlar üçün Allaha şükür etməkdir.

 


 

Xəbər lenti

Bütün xəbərlər