23 Fevral 2017 Cümə axşamı

Sabah hava necə olacaq?


Ynvarın 5-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

2017-01-04 13:41

Sabah hava necə olacaq?

Ynvarın 5-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.

Sabah rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər