29 İyun 2017 Cümə axşamı

Gənc balet artisti Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq


Yanvarın 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq.

2017-01-04 13:51

Gənc balet artisti Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq

Yanvarın 18-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Aleksandr Qlazunovun “Raymonda” baleti nümayiş olunacaq.

Ensonxeber.az məlumat verir ki, səhnə əsərində gənc balet artisti Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb.

T.Əsgərov Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub. (azertag.com)

Ensonxeber.az

 


 

Xəbər lenti

Bütün xəbərlər