27 Aprel 2017 Cümə axşamı

Xəbərdarlıq: Yanvarın 6-7-də hava küləkli olacaq


Yanvarın 5-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

2017-01-05 13:19

Xəbərdarlıq: Yanvarın 6-7-də hava küləkli olacaq

Yanvarın 5-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 2-4° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Xəbərdarlıq

2017-ci il yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər