29 İyun 2017 Cümə axşamı

Neftimiz ucuzlaşıb


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 55,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,41 dollar/barel azdır.

2017-01-05 13:21

Neftimiz ucuzlaşıb

Ensonxeber.az məlumat verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 55,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,41 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 55,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 4-də 51,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 4-də 54,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,38 dollar/barel azdır. (trend.az)

Ensonxeber.az

 


 

Xəbər lenti

Bütün xəbərlər