Azərbaycan nefti 56,28 dollara satılır


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 56,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur.

2017-01-06 13:33

Azərbaycan nefti 56,28 dollara satılır

Ensonxeber.az məlumat verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 56,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 55,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 5-də 51,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 5-də 54,85 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur. (trend.az)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər