23 Fevral 2017 Cümə axşamı

Sabah paytaxtda buludlu, bölgələrdə yağmursuz hava olacaq


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

2017-01-06 13:44

Sabah paytaxtda buludlu, bölgələrdə yağmursuz hava olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 7-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4 °-dək isti, gündüz 9-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. (trend.az)

Ensonxeber.az

 


 

Xəbər lenti

Bütün xəbərlər