23 Fevral 2017 Cümə axşamı

Dövlət Pantomima Teatrında “Underground” yenidən nümayiş olunacaq


Yanvarın 21-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni səhnə əsərlərindən olan “Underground” tamaşası yenidən nümayiş olunacaq.

2017-01-08 22:34

Dövlət Pantomima Teatrında “Underground” yenidən nümayiş olunacaq
Yanvarın 21-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni səhnə əsərlərindən olan “Underground” tamaşası yenidən nümayiş olunacaq. Ensonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcəklər.Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.


 

Xəbər lenti

Bütün xəbərlər