17 Yanvar 2017 Çərşənbə axşamı

Yanlış əxlaqi xüsusiyyət: qısqanclıq


Həsəd Quranda qınanan davranışdır. Allah insanları sınamaq məqsədi ilə nəfsi qısqanclığa meylli olaraq yaratdığını, lakin möminlərin bu yanlış əxlaqdan çəkinməli olduqlarını bildirmişdir:

2017-01-08 22:33

Yanlış əxlaqi xüsusiyyət: qısqanclıq

Həsəd Quranda qınanan davranışdır. Allah insanları sınamaq məqsədi ilə nəfsi qısqanclığa meylli olaraq yaratdığını, lakin möminlərin bu yanlış əxlaqdan çəkinməli olduqlarını bildirmişdir:

... Nəfslər qısqanclıq və xəsislik etməyə hazırdır. Əgər yaxşılıq edib, Allahdan qorxsanız, (bilin ki,) şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)

Bəzi insanlar "qısqancsınız?" sualına "bəli" və ya "bir az" cavabı verirlər. Lakin bu cavabın ardındakı mənanı diqqətlə düşünmürlər.

İnsanın başqasının hansısa bir xüsusiyyəti ilə ondan üstün olmasını qəbul edə bilməməsi nəticəsində qısqanclıq yaranır. Bu vəziyyət insanı Allaha qarşı təkəbbürlənməyə qədər apara bilir. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri verən Allahdır. Allah Öz nemətlərini dilədiyi şəxsə istədiyi qədər verər və heç kim buna mane ola bilməz.

Həmçinin Quranda şeytanın qısqanclıq səbəbindən hz. Adəmə səcdə etməyərək, Allaha qarşı üsyan etdiyindən bəhs edilir. Şeytanın qısqanclığının səbəbi isə özünü hz. Adəmdən üstün hesab edərək təkəbbürlənməsidir. Burada mühüm bir həqiqətlə qarşılaşırıq: qısqanclıq, əslində, şeytana aid xüsusiyyətdir və Allahdan qorxan insan etina ilə bundan çəkinməlidir.

Quranda möminlərə həsəd aparan insanların pis əməllərindən Allaha sığınmalı olduqları bildirilir:

De: Sığınıram sübhün Rəbbinə. (Fələq surəsi, 1)

Və həsəd apardığı zaman paxılın şərindən. (Fələq surəsi, 5)

Mömin bütün nemətləri verənin Allah olduğunu bildiyi, Allaha tam təslim olduğu və Rəbbimizin ədalətinə qəlbən inandığı üçün heç vaxt və heç bir mövzuda qısqanclıq hissinə qapılmaz. Əgər bir insanda çox bəyəndiyi, gözəl bir xüsusiyyət görsə, bu nemətə qibtə edər və dua edərək Allahın həmin insanda bu neməti daha da artırmasını və ona da bəxş etməsini diləyər.

 


 

Xəbər lenti

Bütün xəbərlər