23 May 2017 Çərşənbə axşamı

Misirdə blok-posta hücum: 6 polis əməkdaşı ölüb, 10-u yaralanıb


Bazar ertəsi günü səhər Sinay yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərindəki blok-posta hücum olub.

2017-01-09 12:56

Misirdə blok-posta hücum: 6 polis əməkdaşı ölüb, 10-u yaralanıb

Bazar ertəsi günü səhər Sinay yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərindəki blok-posta hücum olub. Bu barədə “Əl-Balyad” xəbər portalı məlumat yayıb.

Ensonxeber.az məlumat verir ki, silahlı hücum nəticəsində polis zabiti və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı ölüb, 10 nəfər yaralanıb.

Daxil olan informasiyada bildirilir ki, əvvəlcə nəzarət-buraxılış məntəqəsinin qarşısında avtomobilə qoyulmuş partlayıcı işə salınıb. Sonra isə ekstremistlər blok-postu minomyotlardan atəşə tutublar.

Misir ordusu iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında antiterror əməliyyatları həyata keçirir. Buradakı çətin keçilən rayonlarda ekstremist qruplar, o cümlədən İŞİD-lə əlaqəli yaraqlılar cəmləşiblər. Dekabrın əvvəllərində ordu komandanlığı 8 ekstremistin öldürüldüyü və daha 12-nin tutulduğu barədə məlumat yaymışdı.(azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər